Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Sumqayıt şəhər 15 nömrəli məktəbdə QALMAQAL -  Müavinlər çıxarıldılar, direktor vəzifəsində qaldı

Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan maliyyə yoxlamalarının nəticələri narazılıqlara səbəb olub. Bununla bağlı paylaşım sosial şəbəkədə geniş müzakirə mövzusuna çevirib.

Yenixeber.org: Qeyd olunub ki, aparılan yoxlamadan sonra təsərrüfat işləri və təlim-tərbiyə üzrə müavinlər vəzifələrindən azad edilsə də, məktəbin direktoru Elmira Yaqubova vəzifəsində qalıb.

"Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, o niyə yoxlama nəticələrindən kənarda qalıb?", - deyə sual olunub.

Edilən paylaşımda məktəbdəki qanunsuz fəaliyyətlər barədə iddialar da gündəmə gəlib.

İddia olunub ki, ikinci növbədə məktəbin yuxarı mərtəbələrində, demək olar ki, dərs keçilmir:

"Qaydalara görə, II, III, IV, V, VI və VII siniflər ikinci növbəyə salınmalı olduğu halda, bəzi siniflər maddi maraq qarşılığında birinci növbəyə keçirilib. Nəticədə məktəbin ikinci və üçüncü mərtəbələrində olan siniflər həmin məktəbdə işləyən və işləməyən müəllimlərə repetitorluq fəaliyyəti göstərmələri üçün icarəyə verilib. Həmin müəllimlər isə öz növbəsində bu məktəbin şagirdləri ilə yanaşı digər məktəb şagirdlərinə də orada həmin siniflərdə repetitorluq edirlər".

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən oxu.az-a bildirilib ki, məktəbdə hər hansı maliyyə yoxlaması aparılmayıb.

"Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində idarə tərəfindən maliyyə yoxlanılması aparılmayıb. Bununla yanaşı, idarənin fəaliyyət planına uyğun olaraq məktəblərdə təlim-tərbiyə prosesinin təşkilinin monitorinqi həyata keçirilib, sözügedən məktəbin direktor müavinləri ilə bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin rəhbəri tərəfindən xitam verilib.

Müraciətdə qeyd edilən digər iddialar üzrə konkret fakt Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim olunarsa, dərhal araşdırma aparılacaq və hüquqi addımlar atılacaq", - deyə məlumatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam