Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Karantin postlarında YENİLİK+ VİDEO

Karantin postlarında  YENİLİK + VİDEO

Sərt karantin rejimi ilə əlaqədar qurulan postlarda vətəndaşlar təxminən 5 saniyə ərzində yoxlanılır. Bu məqsədlə yol polisinə verilən planşetlərin bort-kompüter sistemində dəyişiklik edilib.

Yenixeber.org: Belə ki, posta yaxınlaşan sürücülər və sərnişinlər şəxsiyyət vəsiqəsini həmin planşetə göstərməklə onların icazəli olub-olmaması müəyyənləşir. Bu arada ötən gün ərzində xüsusi karantin rejiminin tələblərini pozduqları üçün ümumilikdə 1572 şəxs inzibati qaydada cərimə olunub.

Posta yaxınlaşan sürücü və sərnişinlərin sənədləri təxminən 5 saniyə ərzində yoxlanaraq onların icazəli olub-olmaması müəyənləşir.

Artıq yol polisi əməkdaşları xüsusi karantin rejimi ilə bağlı qurulan postlarda vətəndaşları ən müasir xüsusi texniki vasitə ilə yoxlamağa başlayıb.Belə ki,yol polisi əməkdaşlarına verilən yeni planşetlər vətəndaşın şəxsiyyət vəsiqəsini tez bir zamanda oxuyur və portalda icazəsinin olub-olmadığını müəyyən edir. Bunun üçün sadəcə təxminən 5 saniyə vaxt tələb olunur. Bu planşetlər həm paytaxt daxilində, həm də Bakıya giriş-çıxışda qurulan polis postlarında xidmət edən əməkdaşlara verilib.

Məsələn, bura Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində qurulan yol polisinin stasional postudur. Postda uzun tıxac yaranmasın deyə, tez bir zamanda vətəndaşların sənədləri bu qurğular vasitəsi ilə yoxlanılır.

Qeyd edək ki, köhnə şəxsiyyət vəsiqələrində üst, yeni vəsiqələrdə isə arxa tərəfi göstərməklə planşet məlumatları oxuya bilir. Bəs sərt karantin rejimi ilə əlaqədar ölkə yollarında qurulan postlarda son vəziyyət nədən ibarətdir?

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev onu da bildirib ki, bəzi vətəndaşlar sms-lə icazə alaraq sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrə getməyə çalışırlar. "Onlara tövsiyə olunur ki, əziyyət çəkib karantin postlarına yaxınlaşmasınlar. Çünki onlar geri qaytarılacaqlar", - deyə şöbə rəisi qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam