Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İQTİSAD UNİVERSİTETİNDƏ HANSI SƏNƏDLƏR YANIB?-YENİLƏNİR-VİDEO

 

image here
Yenixeber.org: Xəbər verildiyi kimi, iyulun 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusundakı ("Baksovet") Tədris hissə yerləşən otaqların birində güclü yanğın baş verib. Yanğın o dərəcədə güclü olmuşdur ki, 4 yanğınsöndürən maşınların sayəsində onu lokallaşdırmaq mümkün olmuşdur. Hadisə yerində FHN-nin təhqiqatçıları və mütəxəssisləri işləyib, yanğının qəsdən törədilib-törədilmədiyi araşdırılıb. Bu barədə FHN rəsmi məlumat da yaymışdır. Həmin gün məlumat yaymışdıq ki, yanğının daha çox qəsdən yandırıldığı barədə məlumatlar dolaşır. Çünki adətən qəsdən törədilən yanğınlar səhər tezdən baş verir. Bu isə daha çox ona görədir ki, yanğın daha çox zərər vursun, gec söndürülsün və sair... Son saylarımızda Universitetdən daxil olmuş şikayətlər əsasında yazmışdı ki, təkcə son 5 ildə, yəni rektor Ədalət Muradov buraya rəhbər təyin ediləndən bəri 20 minə yaxın tələbə kəsilib, amma onların akademik borcu hansı qaydada düzəldiib, müəmmalı olaraq qalır... Magistratura Mərkəzində baş verənlər də bu sırada... Ən maraqlısı, bu yaxınlarda sabiq deputat Şahlar Əsgərovun baldızının müdiri olduğu kafedrada tələbələrə qiymət şişirdilməsi ilə bağlı qanunsuz hərəkətlərin üstü açılmışdır, hüquq mühafizə orqanları məsələni araşdırır...
Universitetin Dərbənd filialı barədə isə danışmağa dəyməz. Neçə gün əvvəl "Təzadlar"a göndərilən məlumat-sorğuda isə adının çəkilməsini ADİU müəllimlərindən biri maraqlı məsələyə toxunmuşdu: "Necə ola bilir ki, universitetin Dərbənd filialına qəbul edilən tələbələr 1 il sonra Bakıya "perevod olunur: "...Əgər bu filial orada Dağıstanda yaşayan Azərbaycanlılar üçündürsə, bəs niyə ora Bakıda yaşayanları qəbul edirlər??? Üstəlik, bu tələbələr bir il keçəndən sonra Azərbaycana köçürülür... Bunda məqsəd nədir? "Təzadlar" Dağıstan Təhsil Nazirliyinə sorğu göndərərsə, bu sirrin üzərinə işıq salınacaq, "perevodlar"ın mahiyyəti bəlli olacaq, bu işdə rektor Ədalət Muradovun necə rol oynadığı aydınlaşacaq... Lazım gələrsə, sizə universitetdə bu işlərə kimin və necə rəhbərlik etməsini, eləcə də Dərbənddə bu "perevodlar"ın kimin monopoliyasında olduğunu təsdiqləyən məlumatlar göndərərik...".
Xatırladırıq ki, redaksiyamıza daxil olan məlumata görə, ADİU-nun Dərbənd filialı ilə bağlı qalmaqalların yaşandığı barədə narahatlıqlar ortadadır, məsələ Azərbaycan Təhsil Nazirliyində öyrənilir, yəqinki müvafiq tədbirlər görüləcək. Redaksiya həm Azərbaycan, həm də Dağıstan TN-yə bu barədə sorğu hazırlayıb, əməkdaşımız Dağıstana ezam ediləcək.
Bunları xatırlamaqla demək istəyirik ki, ADİU-dakı yanğında yanıb itən sənədlər sırasında haqqında bəhs etdiyimiz "perevodlar"ın da olduğu iddia edilir. Maliyyə sənədlərinə gəlincə, "Təzadlar" FHN-ə ayrıca sorğu göndərib.
***
Qeyd edək ki, 28 noyabr 2016-cı ildə Dərbənddə İqtisad Universitetinin yeni filialı açılıb. Açılış mərasimində çıxış edən Ədalət Muradov hər iki ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan - Rusiya münasibətlərinin hərtərəfli inkişafına zəmin yaratdığını bildirib. Ə.Muradov ADİU-nun Dərbənd filialı haqqında danışaraq qeyd edib ki, burada maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla, dörd ixtisas üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Pedaqoji heyət əsasən Rusiya Federasiyasının vətəndaşlarından ibarətdir. Bundan başqa, filialda UNEC-in aparıcı professor və müəllimləri mühazirələr oxuyurlar. Ümumilikdə, filialın pedaqoji heyətinin əmək haqqı Dağıstanın uyğun orta göstəricisindən iki dəfə çoxdur. UNEC-in Dərbənd filialına qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır. Ən maraqlısı, rektor bildirib ki, 2016/17-ci tədris ilində filiala 69 nəfər qəbul olunub. Əyani şöbəyə daxil olan Rusiya vətəndaşları ödənişsiz təhsil almaqla yanaşı, onlara ADİU-nun büdcəsindən təqaüd də ödənilir. Təqaüdün məbləği Bakıda təhsil alan UNEC tələbəsinin təqaüdünə bərabərdir.
Mövzuya qayıdacağıq.(tezadlar)
Azad

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam