Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ARDNŞ: Bu qanunsuz evlər sökülməyəcək

 

“Layihə çərçivəsində bəzi tikililər tanına bilər”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov qanunsuz tikililərlə bağlı sualları cavablandırarkən deyib. Şirkət rəsmisinin sözlərinə görə, tikililərin sayının artmaması şərtilə proses leqallaşa bilər:  “Mədən ərazilərində bəzi tikililər var ki, onlara hüquqi status verilə bilər. Lakin tikililərin sayının artmaması və mülkiyyət hüququ verilməməsi şərtilə bu proses reallaşa bilər. Çünki bu ərazilərdə tikililər sökülsə belə, orada quyuların istismarı sərf etmir. Bu səbəbdən layihə üzərində iş gedir. Layihə gerçəkləşərsə, ARDNŞ-in nəzdində olan bəzi qanunsuz tikililər tanınacaq. Amma bəzi ərazilər var ki, orada quyuları belə təmir edə bilmirik. Layihə bu ərazilərə şamil olunmayacaq”.  Zəbt olunmuş torpaqlarla bağlı məhkəmə müraciətlərinə toxunan E.Orucov sakinlərin SOCAR-ı yox, bələdiyyələri məhkəməyə verməli olduğunu deyib:  “Şirkət nəzdində olan torpaqlarda tikinti aparan sakinlər bizi məhkəməyə verir. Onlarda belə bir fikir formalaşıb ki, məhkəmə yolu ilə SOCAR kompensasiya ödəyəcək. bələdiyyələr isə məhkəməyə verilmir”. 

 

Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam