Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlik -240 min şəxsə e-arayış verib

Nazirlik 240 min şəxsə e-arayış verib
Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 240 min şəxsə elektron qaydada arayış verilib.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, vətəndaşlar hər hansı quruma müraciət etmədən, həmin arayışları Nazirliyin e-arayış xidmətlərindən istifadə edərək əldə ediblər.

Nazirliyin əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə, qurumun e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Həmin e-arayış xidmətləri iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə edə bilməyə imkan yaradıb.

Bu il Nazirlik tərəfindən daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması işləri aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam