Şabran icra hakimiyyətinin yalançı hesabatına vətəndaş etirazı
"Bizim Prezidentimiz İlham Əliyevdir Novruzov deyil və biz ancaq prezidentimizə inanırıq"
"Xeberinfo.com": Məlumata görə, bir neçə gün öncə fevralın 7-də Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat vermiışdi. (Hesabatın tam versiyasi xalqqazetin saytında yerləşir http://www.xalqqazeti.com/az/ news/news/53702).
Həmin hesabat haqda cumhuriyyet.az-ın elektron poçtuna daxil olan məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
"Biz o hesabtla taniş olduqdan sonra dəhşətli şok halına düşdük.Yalanı heç bir sərhədlərə sıxmayan hesabat bizi dəhşətə gətirdi. O miqyasda yalanı Ölkə Prezidentinə demək biz hesab edirik ki vətənə xəyanət etmək kimi bir cinayəttir. Əgər bu hesabat Şabran rayonundaki vəziyyətdən xəbəri olmayan birinin əlinə düşsə düşünər ki Şabran Kaliforniyani inkişsafda qabaqlayır.
8 ildir biz sakinlər Prezidentə müraciət imdat müraciəti edirik. 8 ildir biz Prezidentə Novruz Novruzovun rayonda bizim qanımızı içməyi barəsində yazırıq. Arif Novruzov kimi Tahir Suleymanov kimi büdcə yeyintisində villaların, tikilməsində Şabranı bölüşdürülməsində, rekitliynə məşqul olan və yqzlərlə cinayətlər edən məmurlar Novruzovun yalan hesabatını təstiqləyib və şərik olublar və şərait yaradıblar ki Prezidentə rayonun real vəzziyyəti çatmasın. Əgər Novruzov özünün, havadarlarının,şəriklərinin villalarını, ticarət obyektlərini, fermalarını, dəyirman və şadlıq saraylarını abadlıqını nəzərdə tutursa bunlar bütünlükdə Şabran rayonu demək deyil. Əgər müstəqil bir komissiya yaradilsa və cənab Prezidentin nəzarəti altında tam olmaqla gəlsə rayona və yoxlamalar aparılsa Novruzovun Hesabatı yalan oldugundan əmin olarlar. Hansı iş yerlərindən Novruzov danışır hesabatda ? Hardadı o iş yerləri? Hansı asfaltdan danışır? Hansi abadlaşmış küçələrdən danışır? Hardadı o küçələr? Buyurun gəlin biz sakinlərə görsətin bunların hamın ?
Bizim Prezidentimiz İlham Əliyevdir Novruzov deyil və biz ancaq prezidentimizə inanırıq. İnanırıq ki prezidentimizin xəbəri olsa Novruzovun əməəlirindən o mütləq cəzalanacaq. Novruzov desədə ki mənəm rayonun agası nə qədər şikayət etsəzdə özünüzə pis olacaq prezidenti sizi kimi çobanlar maraqlandırmır biz inanırıq redaksiya kömək edəcək ki bizi Prezident eşidsin. Nə qədər Novruzov desədə ki mən vaxtı ilə Prezidentin ailəsinə cox köməklər eləmişəm nə qədər şikayətlər eləsəzdə mənə demiyəcək biz bilirik ki buna dövlət başçısı son qoyacaq"