Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cavid Qurbanovdan Ziya Məmmədov haqda mühüm açıqlama

 

“Ziya Məmmədovla münasibətlərim pis olsaydı, yeni təyinatım da mümkün olmazdı” 

 

"Xberinfo.com":  Məlumata görə, Ölkə prezidentinin sərəncamı ilə “Azəryolservis” ASC-nin sədrliyindən azad edilib, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə gətirilən millət vəkili Cavid Qurbanov bu təyinatdan, qarşıdakı  deputat seçkilərində iştirak edib-etməyəcəyindən, nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərindən danışıb.

 Modern.az-a istinadən xəbərə görə, C.Qurbanov 2015-ci ilin payızında keçiriləcək parlament seçkilərində yenidən iştirakının üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasından asılı olacağını deyib: “Seçkilərə yenidən qatılmağım ilk növbədə partiyanın qərarından asllı olacaq. Yeni Azərbaycan Partiyası hansı qərarı verəcəksə, ona uyğun da addım atacam. Mən partiyanın verəcəyi qərarının əleyhinə çıxası deyiləm ki...”.

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə gətirilməsindən danışarkən bildirib ki, təyinatdan öncə Prezident İlham Əliyevin qəbulunda olub. Onun sözlərinə görə, ölkə başçısı dəmir yolu sahəsinə aid müxtəlif tapşırıqlar verib. İlk növbədə bu sahədə keyfiyyətin Avropa standartları səviyyəsinə çatdırılması nəzərdə tutulur.

C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin bir sıra islahatlar, dəyişikliklər aparacağını vurğulayıb. Onun sözlərinə görə, indiyədək aparılan islahatlar günün tələblərinə cavab vermir. Deputat 12 min qatarın və 2000 km dəmir yolunun dəyişdirilməsinin vacibliyini qeyd edib.

O, “Azərbaycan Dəmir Yolları” QSC-də kadr dəyişikliyinin də qaçılmaz olacağını qeyd edərək, yaxşı çalışan işçilərin işdə qalacağını söyləyib.

Nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərindən danışan Cavid Qurbanov aralarında konfliktin olduğu haqda bəzi mətbuat orqanlarının yazdığını təkzib edib. 

“Bu yazılanlar, danışılanlar bizim səviyyəmizdən aşağı söhbətlərdir” deyən C.Qurbanov bildirib ki, Ziya Məmmədovla münasibətləri pis olsaydı, yeni təyinatı da mümkün olmazdı. O, Ziya Məmmədovla bölüşəcəyi bir şeyin olmadığını deyərək, nəqliyyat naziri ilə şəxsi və iş müstəvisində heç bir konflikt yaşamadıqlarını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam