Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xüsusi karantin rejimində hansı hərəkətlər cəzaya səbəb olur? - HÜQUQİ ŞƏRH

 

 Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq məhdudiyyətlər müəyyən olunub. Bu məhdudiyyətlərlə bağlı xeyli yorumlar, açıqlamalar olduğu üçün bəzən fikir ayrılıqları ilə də rastlaşırıq.

Yenixeber.org: Əvvəla, onu qeyd etmək yerinə düşər ki, məhdudiyyətlərin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah və digər dövlət qurumları izahat veriblər.

Ya xidməti vəsiqə, ya da arayış

Pandemiya dövründə bir sıra ölkələrdə sərt qadağalar tətbiq edildi, bəziləri isə fövqəladə vəziyyət rejimi elan etdi. Bütün bunlar isə virusa yoluxmanın qarşısını almaq, mübarizənin effektivliyi üçündür.

Azərbaycanda Nazirlər Kabineti tərəfindən fəaliyyəti zəruri olan bəzi sahələrin əməkdaşlarının sərbəst hərəkət etməsi ilə bağlı məhdudiyyət yoxdur. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanı rəhbərləri və müavinləri, hüquq-mühafizə, məhkəmə, hərbi strukturlar, Kütləvi İnformasiya Vasitələri əməkdaşları, səhiyyə işçiləri, diplomatlar, vəkillər və s.-in hərəkət sərbəstliyi var. Qərarın tələbinə əsasən, bu şəxslərin şəxsiyyət vəsiqəsi və xidməti vəsiqə və ya iş yerindən təqdim olunmuş arayışla sərbəst hərəkət etmələrinə icazə verilir. Bəzən sosial mediada polisin bu kateqoriyadan olan şəxslərdən icaze.e-gov.az portalından qeydiyyatdan keçmələrini tələb etdiyi barədə məlumatlara rast gəlinir. Lakin bu tələb qərara ziddir.

Eyni zamanda, bəzən bu şəxslərdən xidməti vəsiqə ilə yanaşı, arayış da tələb olunur. Bu da qərara ziddir. Şəxsin üzərində müddəti göstərilən xidməti vəsiqə varsa, onun heç bir arayış təqdim etməsinə ehtiyac yoxdur. Amma hər iki halda şəxsiyyət vəsiqəsinin olması zəruridir.

Məhdudiyyətə əməl etməyəndə…

Xüsusi karantin rejiminin tələblərinə görə, ölkədə hazırda məhdudiyyətlər belədir:

– 65 yaşından yuxarı şəxslər evdən çıxmamalıdırlar;

– Fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan bir qisim dövlət qulluqçusu, publik hüquqi şəxslərin və özəl müəssisələrin yalnız “icaze.e-gov.az” saytından qeydiyyatdan keçirilmiş əməkdaşlarının yaşadıqları şəhər (rayon) daxilində, (Bakı və Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində hərəkəti sərbəstdir) hərəkət məhdudiyyəti yoxdur.

– Hərəkət məhdudiyyəti tətbiq edilən digər şəxslər isə yalnız 8103 nömrəsinə pulsuz SMS göndərməklə evlərini icazə verilmiş vaxt ərzində tərk edə bilərlər. Yalnız məişət tullantılarını atmaq üçün evdən çıxarkən hər hansı icazəyə ehtiyac yoxdur.

Məhdudiyyətlərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə məsuliyyət yaradır. Bu maddəyə əsasən, DİN əməkdaşları tərəfindən protokol tərtib edilir. Polisin protokol əsasında şəxsi yalnız cərimə etmək səlahiyyəti var. Eyni zamanda protokol məhkəməyə göndərilə bilər. Məhkəmə isə şəxs barəsində cərimə və ya həbs inzibati tənbeh tədbiri seçmək, əməli sübut edilmədikdə isə məsuliyyətdən azad etmək səlahiyyətinə malikdir.

Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

Maska və əlcək məsələsi…

Sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də maska və ya əlcəkdən istifadə  ilə bağlıdır. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) və həkimlərin tövsiyələrinə əsasən, küçədə və insanların sıx olduğu digər yerlərdə maska və əlcəkdən istifadə etmək zəruridir. Bu, virusdan qorunmaq üçün hazırda ən vacib üsullardandır.

Qanunvericiliyin tələbinə görə isə maska və əlcək istifadə etməmək karantin rejimini pozmaq anlamına gəlmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında da bununla bağlı göstəriş yoxdur.

Eyni zamanda şəxsi maşında maska taxmamaq da məsuliyyətə səbəb olmur.
Lakin bu dövr ərzində maska və əlcək taxmaq, gigiyena qaydalarına daha çox əməl etmək, mütəmadi olaraq dezinfeksiya məhsullarından istifadə etmək bizim sağlamlığımız üçün vacibdir!

Fərdi avtomobil icazəsi

Xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyəti tətbiq olunmayan şəxslər, həmçinin, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçənlər və 8103 nömrəsindən SMS-lə icazə alanlar şəxsi avtomobildən istifadə edə bilərlər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Amma fərdi avtomobilindən istifadə edən şəxs nəzərə almalıdır ki, hərəkət məhdudiyyəti olan şəxsi (o cümlədən ailə üzvünü) həmin avtomobildə daşıya bilməz. Bu, hüquqi məsuliyyət yaradır.(apa)

Şamil Paşayev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam