Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Vasif Talıbovun su və meliorativ “islahatı”nın pərdə arxası:Əsgər Əsgərov niyə “vuruldu”

  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün maraqlı bir Fərman imzalayıb.

Yenixeber.org: Məlumata görə, Fərmanda Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması nəzərdə tutulub

Açıq Səhmdar Cəmiyyət, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılıb. İlk baxışdan sənəddə mövcud bir qurumun adındakı “Komitə” sözünün “ASC” ilə əvəz edildiyi görülür. Əslində isə bu Fərmanın göründüyündən daha böyük önəmi var.

Belə ki, Komitələr dövlətin hansısa siyasətini yerinə yetirir və büdcədən maliyyələşdirilir. Onun kommersiya ilə məşğul olmaq səlahiyyəti olmadığından işini təkmilləşdirmək və ya inkişaf etdirmək məsuliyyəti də yoxdur. Bu da Komitə rəhbərlərinin rahatlıqla onlara ayrılmış büdcə gəlirlərinin üzərinə çökməsinə və qarğa-quzğun kimi talamasına şərait yaradır.

 

Acıq Səhmdar Cəmiyyətlər isə maliyyəni özləri qazanmalıdırlar. Bu isə işgüzarlıq fəaliyyətini artırmaqla mümkündür. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Açıq Səhmdar Cəmiyyətə çevrilməsinin də başlıca səbəbi bununla izah edilir. Görünür, ötən il mərkəzi büdcədən ayrılan dotasiyanın azalması Muxtar Respublika rəhbərliyini büdcə pullarına maksimum qənaət etmək məcburiyyətində qoyub. Pulu kəsilən əsas sektor isə “Su və Meliorasiya Komitəsi” olub. Məqsəd isə büdcə yükünü azaltmaqla yanaşı, komitədən səhmdar cəmiyyətə çevrilən qurumu “işləməsən acından öləcəksən” dilleması qarşısında qoymaqdır. Bu xüsus səhmdar cəmiyyətlərinin aşağıdakı özünəməxsus xüsusiyyətlərində də özünü göstərir:

  • maliyyə resurslarının səfərbərliyə alınmasının səmərəli üsullarından istifadə edir;
  • risk səhmdarlarının üzərinə düşür və onlar müəssisənin işi üçün narahatçılıq keçirirlər.
  • Əgər sahibkar borca düşübsə və onu müflisləşmə gözləyirsə, o, müəssisənin bütün vəsaitini bu işə sərf edir və beləliklə də səhmə qoyduğu vəsaiti itirmiş olur;
  • səhmdar müəssisənin idarə edilməsində birbaşa iştirak edir və s.

 

ASC-lərin bu xüsusiyyətlərindən də aydın görünür ki, Naxçıvan Muxtar Respublika rəhbərliyi bugünkü fərmanla qurumu öz öhdəsinə buraxır və daha məsuliyyətli işləməyə həvəsləndirir.

Sözügedən dövlət komitəsinin ASC-yə çevrilməsinin əsas səbəblərindən biri də qurumun özəlləşdirməyə açılması zərurətindən doğa bilər. Çünki Azərbaycan Səhmdar cəmiyyəti haqqında Qanununun 1-ci maddəsinə əsasən Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir. Zənnimizcə, bu maddə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rahatlıqla özgəninkiləşdirilməsinə, əslində isə özününküləşdirməyə əsas verir.

İdarənin Komitədən ASC-yə çevrilməsinin digər səbəbi Azərbaycanın hələ 2006-ci ildə bənzər “islahata” getməsidir. 14 illik qəflət yuxusundan bu gün oyanan Naxçıvan MR,  görünür, özünün Azərbaycanın bir hissəsi olduğunu axır ki xatırlayıb və müvafiq addımı atıb. Amma yalnız su və meliorasiyasahəsində. Halbuki, mərkəz ondan Naxçıvan Gömrük Kömitəsi kimi müstəqilliq qoxan idarəsini, XİN-in Naxçıvan MR-dəki idarəsi kimi arabanın 5-ci təkərinə bənzəyən mənasız qurumlarını ləğv etməsini gözləyirdi və deputat Qüdrət Həsənquliyevin diliylə bu mesajı ona açıq şəkildə çatdırırdı. Muxtar Respublika isə bu gözləntilərdən yalnız birini, həm də öz mənafeyinə uyğun şəkildə yerinə yetirməyə üstünlük verdi.

 

Ən maraqlısı isə budur ki, Muxtar Respublika rəhbərliyi Komitəni ASC-yə çevirəndə belə öz şəxsi siyasi çıxarlarını da unutmadı. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Sədri Əsgər Əsgərov idi. Yeni yaradılan, əslində isə adındakı “Komitə” sözü “ASC” ilə əvəz edilən qurumun başına isə Yəhya Allahverdiyev adlı birisi gətirildi. Beləcə, Cənab Sədr faktiki olaraq bir daşla iki quş vurdu. Quşlardan biri mərkəzdən alınan dotasiya ilə su və meliorasiya qurumunun maliyyələşdirilməsi məsuliyyətindən yaxa qurtarmaq, digəri isə Əsgər Əsgərovu işdən qovmaq idi.

Bəs, Əsgər Əsgərov kimdir ki, o boyda hakimi-mütləq bu adamı işdən qovmaq üçün böyük bir Komitəni tarixin tozlu arxivinə yollayır?

Məlumata görə, keçmiş komitənin sədri Əsgər Əsgərov Vasif Talıbovun hələ ötən il işdən qovduğu Ali Məclis Aparatının sabiq rəhbəri Əli Həsənovun yaxın adamıdır. Əli Həsənovla birlikdə Ali Məclisdə işləyən Əsgər Əsgərov himayədarının yanında özünü elə doğruldur ki, hamisi onu əvvəl Naxçıvan MR Statistika Komitəsinə, daha sonra isə Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə sədr vəzifəsinə gətirir.

İddialara görə, Əsgər Əsgərovun sonuncu vəzifəsinə təyin olunmasında baş statistik təcrübəsi də əsaslı rol oynayıb. Doğrudan da bu versiya inandırıcı görünür. Nədən ki, özünü  doğrultmasaydı, heç ona su və meliorasiya təsərrüfatı kimi mühüm sektoru tapşırardılarmı?

 

Sual oluna bilər bəs, baş statistik kimi Əsgər Əsgərov hansı qabiliyyətlərə malik idi və indi niyə bu qabiliyyət nəzərə alınmadı?

İddialara görə, Naxçıvan MR-in bütün iqtisadi göstəricilərini müəyyənləşdirən Statistika Komitəsi elə-belə adama verilə bilməzdi. Bu kifayət qədər rəqəmlərlə oynamağı bacaran və yeri gələndə nələrinsə üstünü örtmək, nələrisə şişirtmək qabiliyyətinə malik biri olmalıdır. Necə ki, statistikanın da məhur təriflərindən biri də bundan xəbər verir: 3 cür yalan var: sadəcə yalan, ağ yalan və statistika”. Əsgər Əsgərovun da tam bu tərifə uyğun birisi olduğu söylənilir. Amma onun öz məharətini Vasif Talıbovunmu, yoxsa Əli Həsənovunmı xeyrinə sərf etməsində ciddi şübhələr vardı. Görünür, bu şübhə Cənab Sədri də xeyli narahat edirmiş ki, son Fərmanla Əsgər Əsgərovu işdən uzaqlaşdırıb.

 

Şəkildə: Babək suçuları Cənab Sədr qarşısında


 

Vasif Talıbovun bugünkü Fərmanı imzalamamışdan əvvəl Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin fəaliyyətini ciddi şəkildə yoxlatdırdığı da iddialar arasındadır. Halbuki, buna ehtiyac yoxdu. Naxçıvanın bütün kəndləri hər yay fəslində “su” deyə fəryad qoparır. Bəzən su üstündə kəndlilər arasında qanlı davalar düşür. Sədası Bakıya qədər gələn bu davaların səsinin Ali Məclis binasından içəri girə bilməməsinə inanmaq asan deyil. Görünür, Əsgər Əsgərovun fəaliyyətində daha fərqli mətləbləri araşdırırmışlar və bugünkü fərman onu göstərir ki, həmin yoxlamalar neqativ çıxıb.

Məlumata görə, Əsgər müəllimə uzun illər boyu çalışdığı vəzifələrində yol verdiyi nöqsanları aradan qaldırmaq möhləti verilib. Yaxın zamanlara qədər bu öhdəlik yerinə yetirilməsə, onu da barmaqlıqlar arxasında dünyaya baxmaq taleyi gözləyir.

Ovqat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam