Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? –Müəmma

 

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma

Dünəndən Bakı Dövlət Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi və onlardan birinin ölməsi barədə yayılan xəbərlərdə bir məqam var ki, bəlkə də çoxlarının diqqətini çəkməyib.

Yenixeber.org: Verilən rəsmi xəbərlərdə zəhərlənən qızların ağzından qan gəldiyi bildirilib. Zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bəs niyə bu məsələdə bu məqama diqqət yetirilməyib? 

Kliniki Tibbi Mərkəzin Baş Toksikoloqu Azər Maksudov Bizimyol.info-ya bildirib ki, zəhərlənmə hallarında ağzıdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin. “O tələbələr bəyəm sirkə içiblər? Yox kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağzıdan qan gəlmir.Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə bu baş verə bilərdi. Botulizm deyil.Bu olsa belə o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə ətraflı araşdırılma aparılmalıdır”.

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Nəticədə 3 tələbə zəhərlənib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam