Yenixeber.org: İqtisadçı, iş adamı Nazim Bəydəmirlinin öz təcrübəsinə əsasən yaydığı məlumatdan anlaşılır ki, gömrükdə, demək olar ki, məcburi şəkildə saxlanc xidmətləri göstərən və vergi öhdəliklərini yerinə yetirib yetirmədiyi şübhə doğuran şirkət var. Adı da Ramal Trans MMC-dir. VÖEN nömrəsi: 1300346331 İş adamı Nazim Bəydəmirli İqtisadiyyat nazirliyi (vergilər də daxil),Gömrük komitəsinə müraciətlə yazır: Nazim Bəydəmirli: "Hörmətli İqtisadiyyat nazirliyi (vergilər də daxil), hörmətli Gömrük komitəsi bəlkə siz məsləhət verəsiniz mən bu sənədi necə xərclərə salım.. Bəyəm siz bilmirsiniz ki, gömrük saxlanc anbarı hər kəsə belə bir kağız parçası verir və gəlirlərini gizlədir? Mənə gömrük daxilindən verilən məlumatlara görə kim necə dirəşməyindən asılı olmayaraq gündə minlərlə daxil olan avtomobillərin heç 2-3% rəsmiləşdirilir və hər kəsə belə bir "qəbz" verilir, gömrük deyir ki, təsərrüfat hesablı terminaldır və biz ona təsir edə bilmərik həm də gömrük postu olan yerdə niyə gömrük rəsmiləşdirilməsi guya idarədən kənarda aparılır deyə 240 manat alırsınız? O zaman elektron izləmə varsa niyə bizim yükümüz Gürcüstanda olduğu kimi öz anbarımıza yönləndirilmir və məcburən belə terminallara yönləndirilir? Deməli sizə də xeyirdir onlara da, məntiq isə bu halda bir şeyi təsdiq edir: Gömrük komitəsi monopoliyanın himayə edir və süni qiymət artımı yaradır, ona görə ləğv olunub xidmət, prosedur orqanı səviyyəsinə gətirilməlidir.. P.S. Belə "mexanizmlər" idxalçıların hamısının başına gətirilir deyə paylaşıram.. Araşdıraq, görək, nə öyrənirik. Bu şirkət AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, VƏLİ MƏMMƏDOV, ev 24 ünvanında qeydiyyatdan keçib. Eyni ünvanda "TELEQÜLLƏ" MMC qeydiyyatdan keçib.
Kommersiya qurumunun adı: "TELEQÜLLƏ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Qeydiyyat nömrəsi (VÖEN): 1701013621 Hüquqi ünvanı: AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, VƏLİ MƏMMƏDOV ev.24 Təsisçilər (kommanditçilər): "AZƏR EXPRESS COMPANY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, ŞAHVERDİYEV SEMİNAR İSRAFİL OĞ LU Dövlət qeydiyyatına alındığı tarix: 8 İyul 2009.
Teleqüllə MMC 2009-cu ilin iyulunda qeydiyyatdan keçib və sahibi "AZƏR EXPRESS COMPANY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, ŞAHVERDİYEV SEMİNAR İSRAFİL OĞ LU kimi göstərilib.
Mətbuatın yazdığına görə, Bəylər Əyyubovun Mayıl Seminar oğlu Şahverdiyev adlı bacısı oğlu var və onun haqqında Azərbaycan prezidentinin iki sərəncamı var. Səfərbərlik xidmətinə rəis təyin olunması haqda və general-mayor rütbəsi verilməsi haqda.
Gömrük komitəsi niyə məhz bu şirkəti seçib, sahibkarları onun xidmətlərindən istifadə etməyə məcbur edir, onu açıqlasın, Vergilər nazirliyi də həmin şirkətin vergidən yayınma şübhələrinə aydınlıq gətirsin. Prezident tapşırıq verib axı elə bil.
P.S. Bunlar yalnız açıq mənbələrdən olan məlumatlardır. Kommersiya hüquqi şəxslərinin sahibləri haqqında məlumatlar 2012-ci ildən qapalıdır. 2008-ci ilin yanvarından 2012-ci ilin aprelinədək qeydiyyatdan keçən şirkətlərin təsisçiləri barədə məlumatlar Vergilər Nazirliyinin saytında var idi və biz bu məlumatlar qapanana qədər onları kopyalamışıq. Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!(teref)