Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Elçin Behbudovun həbsdə olan köməkçisi KİV-ə müraciət etdi

 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi sədrinin hazırda həbsdə olan köməkçisi Süleyman Süleymanov Elçin Behbudova və kütləvi informasiya vasitələrinə müraciət edib.

"Xeberinfo.com":  Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S. Süleymanov ərizəsində 2007-ci ildən 2014-cü ilədək İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşı, E. Behbudovun köməkçisi olduğunu bildirib: “Qeyd edim ki, ötən ilin əvvəlində vətəndaşlar Əfəndiyeva Brilyant və Mayılova Esmira mənim vasitəmlə komitə sədri Elçin Behbudova yazıb müraciət edərək Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində Alim və Rafiq adlı polis əməkdaşlarının onlara işgəncə verdiklərini bildiriblər. Guya onlardan 2000 min manat aldıqdan sonra sərbəst buraxıblar. Lakin fakt öz təsdiqini tapmayıb, Brilyant Əfəndiyeva barəsində cinayət işi qaldırılıb və o, məhkəmənin hökmü ilə cəzalandırılıb. Esmira Mayılova barəsində isə istintaq hərəkətləri aparıldığından heç bir məlumata malik deyiləm”.

S. Süleymanov müraciətində bildirib ki, hər iki vətəndaş 19 fevral 2014-cü il tarixdə 1-ci polis bölməsinə barəsində şər və böhtan xarakteri daşıyan ərizə ilə müraciət ediblər: “Şikayət ərizələrində göstəriblər ki, guya mən onların barəsində qaldırılmış cinayət işini ləğv etdirmək üçün Brilyant Əfəndiyevadan 2000 min manat, Esmira Mayılovadan isə 1600 manat almışam. 19 fevral 2014-cü il tarixdə hər iki rəfiqə aldandıqlarını bilmiş və məndən pullarını tələb etdikdə, mən Esmiranı döymüşəm, əlində olan çantasını əlindən alıb qaçmışam və çantada 2065 manat var imiş. Maraqlısı odur ki, barəmdə qaldırılmış saxta və qurma cinayət işinin aparılması və araşdırılması yuxarıda adını qeyd etdiyim Alim adlı polis əməkdaşının yaxın qohumu olan polis müstəntiqi Neman Şirinova həvalə edilib. Yuxarıda qeyd etdiyim və sadaladığım məsələlərdən Elçin Behbudovun xəbəri olub və əlavə olaraq yazılı şəkildə müraciət edərək hüquqlarımın qorunmasında mənə köməklik göstərməsini, aidiyyati orqanlara müraciət edilməsini diqqətdə saxlamasını xahiş etmişəm. Əfsuslar olsun ki, Elçin Behbudov bir hüquq müdafiəçisi olaraq nə məni müdafiə edib, nə də məsələnin ədalətli araşdırılması üçün aidiyyatı orqanlara müraciət edib. Əksinə olaraq hər vəchlə bu məsələləri gizlətməyə cəhd edib” .

Qeyd edək ki, S. Süleymanov Xəzər Rayon Məhkəməsinin hökmü ilə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olur.

Məsələyə münasibət bildirən E. Behbudov isə bildirib ki, S. Süleymanov həbs olunduqdan sonra ona müraciət edib: “Mən də onun müraciətini araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərmişəm. Başqa nə etməli idim ki? Mən məhkəmə deyiləm, prokuror deyiləm. Onun danışdıqları cəfəngiyyatdır. Süleyman Süleymanovun işi ilə bağlı hakimlə də danışmışam. Hakim mənə bildirib ki, o, dəfələrlə məhkum həyatı yaşadığı üçün şərti azadlığa buraxıla bilməz. Süleyman Süleymanov işində verdiyi nöqsanlara görə, bizim komitənin qərarı ilə 2013-cü ildə vəzifəsindən azad edilib”.(Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam