Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xızıda icra başçısının mənimsədiyi milyonlar

 

Həm paytaxta məsəfə yaxınlığı, həm də insanlarının qonaqpərvərliyi baxımından cəlbedici bölgələrimizdən olan Xızının siması dövlət başçısı cənab İlham Əliyevin daimi diqqəti və qayğısı nəticəsində ildən-ilə dəyişir

"Xeberinfo.com":  Statistikaya nəzər salsaq, yaxın bir neçə ildə Xızının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ayrılan dövlət büdcə vəsaitlərinin həcminin bir neçə dəfə artırıldığını görmək olar.
Bu mənada rayon rəhbərliyinin üzərinə ciddi məsuliyyət düşür. Lakin gəlin görək yerli sturuktur rəhbərlərindən bu məsiliyyəti ciddiyə alan varmı? Əlimizdə olan dəqiqləşdirilmiş məlumatlardan belə qənaətə gəlmək olar ki, Xəzər Aslanovun rəhbərliyi dövründə rayonda kiçik və orta sahibkarlıq subyektlərinin sayı azalmaqda davam edir. Tender layihələri əsasında aparılan təmir-tikinti, abadlıq və sair işlərin podratçıları əksər hallarda rayon icra aparatı rəhbərlərinin nəzarəti altında olan şirkətlərdir. Rayonun Şurabad və Giləzi qəsəbələrindəki tam orta məktəblərin təmir işlərinə birlikdə 7 milyon dollardan artıq dövlət vəsaiti ayrıldığı halda görülən işlərin həcminin bundan qat-qat aşağı olması barədə məlumat vermişdik.
 Hazırda həmin məktəblərdəki biabırçı şəraitlə maraqlanan tapılsa, dəhşətli real mənzərə ilə rastlaşar. Çünki görülən işlərin həcmi ayrılan vəsaitin heç üçdə birini də əhatə etmir. Bundan əlavə, qeyd etmişdik ki, səhiyyə, təhsil və mədəniyyət sahəsində zəruri işlərin görülməsinə görə ayrılan yüz minlərlə manat vəsait də başçı və onun ətrafındakı bir neçə vəzifəli şəxsin nəzarətində olan şirkətlər vasitəsilə nağdlaşdırılır.
 2013-cü ildə Xızıda “at” oynadan bu şirkətlərin adlarını təqdim edək. “İnternasional-A” MMC guya ki, Xızı rayon mədəniyyət və turizm idarəsinin sifarişlərini yerinə yetirib. Əlimizdə olan məlumata görə şirkətin bank hesabı vasitəsilə üst-üstə 50 min manatadək vəsait nağdlaşdırılıb. “Kolumbus-R” MMC də Xızıda maxinasiyalar gerçəkləşdirən şirkətlər sırasındadır. Xızı rayon təhsil şöbəsinin pullarını nağdlaşdırmaqda təcrübə qazanmış işbazlar 2013-cü ilin ilk yarısında bu yolla rayonda 115 min manat təhsilə ayrılmış büdcə vəsaitini həzm-rabedən keçirməyə müvəffəq olublar. Oxşar üsulla “Real Servis” MMC də rayon təhsil şöbəsinə ayrılmış 38175 manat vəsaiti qamarlayıb. 2012-ci ilin dekabrında qeydiyyatdan keçirilmiş, hüquqi ünvanı Gədəbəyin Göyəlli kəndi olmaqla “Yuni Star” məhdud məsuliyyətli cəmiyyəti də Xızının “hörmətli” şəxslərinin kurasiyasına aid kommersiya qurumlarındandır. Şirkət vasitəsilə Bakının Sabunçu rayonunda boş sahənin abadlaşdırılmasına görə 117680 manat, “Tələbə baharı” 7-ci ümumrespublika tələbə yaradıcılığı festivalının təşkilatçılığına görə 37555 manat, sözügedən tədbirin kataloqunun hazırlanmasına görə 36 min manat, “Yanardağ” qoruğunda və digər müxtəlif təyinatlı tədbirlərin keçirilməsinə görə üst üstə 25-30 min manat civarında vəsait yeyilib. Tovuz rayonunda qeydiyyata alınmış “Nano-Tek” MMC sən demə böyük xeyirxahlıq sərgiləyib Xızı camaatı qarşısında. Şirkət guya Xızıda bu il 10 min manatlıq “Gül bayramı” keçirib. Xızı rayon icra aparatının rəhbərliyi 2014-cü ildə də “ənənəyə” sədaqət nümayiş etdirərək öz əhatə dairəsinə aid şirkət və fiziki şəxslərin adına bir sıra layihələr sənədləşdirməklə külli miqdarda büdcə vəsaitinin nəqdləşdirilməsinə nail olub.
 “Az.vest-proyekt-R” MMC Xızıda 75 yerlik uşaq bağçası tikib. Tikinti guya 1115002 manata başa gəlib. Bu qədər vəsaitlə layihədən azı 2 dəfə artıq işlər görmək olardı. “TTŞ-inşaat” Xızıda Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin, Xızının Xələnc kəndində Sakit Məmmədovun adına qeydiyyata alınmış “Cəlal İnşaat” MMC Giləzi qəsəbə icra nümayəndəliyinin inzibati binasını təmir edib. 
2013-cü ilin dekabrında Gədəbəy şəhərində Süleyman Məmmədovun adına qeydiyyatdan keçirilmiş “Qızıl Qaya Servis” MMC guya Novruzqabağı bayram tədbirlərində tərtibat işləri görüb. “Xidmət” KM Xızı şəhər icra nümayəndəliyinin inzibati binasını guya əsaslı təmir edərək abıra salıb. Məlumata görə, Xızıda təmir-tikinti və digər xidmətlərlə “mükafatlanmış” “Meqa Star” və “LPNİ” məhdud məsuliyyətli cəmiyyətləri də icra başçısının nəzarət dairəsinə daxildir. Əslində bu şirkətlər büdcə vəsaitlərinin ələ keçirilməsi üçün bir vasitə rolunu oynayıb. Bu isə qanunsuz əməldən başqa bir şey deyil. 
Oxucuların nəzərinə çatdırırıq ki, yaxın saylarımızda sıranı genişləndirəcəyik, darıxmasınlar.Bu şirkətlərdən konkret hansının Xızı rayon icra aparatında sözü keçən hansı vəzifəli şəxsə aid olduğunu jurnalist araşdırmaları vasitəsilə müəyyən etməkdəyik. Bu barədə maraqlı məlumatları oxucuların diqqətinə çatdırmağa çalışacağıq.(gundelik-baku)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam