“ABU-nun bağlanması da siyasi sifarişdir”
Məlum olduğu kimi, ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı Respublika Prokurorluğu yeni bəyanat yayıb.
"Xeberinfo.com": Məlumata görə, bəyanatda E.Abdullayevin tutulması istiqamətində beynəlxalq axtarış tədbirlərinin həyata keçirildiyi bildirilib.Prokurorluğun bəyanatında göstərilib ki, istintaq zamanı E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 586 manat məbləğində rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan, 25 iyun 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.
Bununla bağlı E.Abdullayev bəyanat yayıb. Sabiq rektorun ölkə mediasına, o cümlədən “AzPolitika.info”ya göndərdiyi cavabda bildirilib ki, prokurorluğun onun əleyhinə vermiş oldugu 22.01.2015-ci il tarixli açıqlamaları qanunsuz və siyasi sifariş hesab edir: “Prokurorluğun həftədə bir dəfə verdiyi təhdidedici bəyanatlarını siyasi sifariş hesab edirəm. Onların mənim əleyhimə qaldırdığı cinayət işləri saxta “fabrikovat” olunmuş işlərdir, daxili auditoroya üçün hesablanıb, tələbələrin və müəllimlərin qorxu altında saxlanmasına xidmət edir. Əgər həqiqətən də belə cinayət faktları var idisə, nə ücün 5 il bundan əvvəl bu cnayət işlərini qaldırmırdınız!? Mən Avropa Məhkəməsinə şikayət edənə qədər mənim adım heç bir cinayət işində hallanmayıb. Avropa Məhkəmə təcrübəsi bir daha təsdiq edir ki, Strasburq Məhkəməsinə şikayət etdikdən sonra diktatura rejimi həmin şəxsi susdurmaq məqsədilə onun əleyhinə həqiqətə uyğun olmayan saxta “fabrikovat” olunmuş cinayət işləri açır. Bu günə qədər kimlər şikayət edibsə onun əleyhinə həmən saxta cinayət işləri acılıbdır”.
Sabiq rektor həmçinin bildirib ki, qətlləri açmaq əvəzinə onu qorxu altında saxlayırlar və buna hesablanmış açıqlamalar verilir. E.Abdullayevəvvəlki məktublarındakı ittihamları təkrar edərək bildirib ki, bu özü bir ağır dövləti cinayətdir: “Oğurlanmış qardaşımı geri qaytarmaq əvəzinə cinayətkarları cəzalandırmaq əvəzinə məni təhdid etməklə məşğuldurlar. Oğru elə bağırır ki, doğrunun bağrı çatlayır. Fransa prezidenti Fransua Olland 15.01.2015 il tarixindən Ərəb Dünyası İnistitunun Prezidenti Jak Lang və FR-in Mədəniyyət naziri Flör Pellerin Ərəb Dünyası İnistitunun fasadında fransız və ərəb dillərində böyük qırmızı həriflərl qeyd edilmiş “BİZ HAMİMİZ ÇARLİYİK” – “Nous sommes Charlie” şüarına imza atdı. O, qeyd etdik i, bu terror aktının islam dini ilə heç bir əlaqəsi yoxdur, terroristin milləti, dini imanı olmaz. Yəni, Fransa dövlət olaraq hər bir vətəndaşının təhlükəsizliyinin qarantıdır, hər bir vətəndaşının hüquqlarının müdafiəçisidir: “Azərbaycan Beynəlxalq Universitetinin müəllimləri və tələbələri kütləvi dövlət terroruna məruz qalıbdır. Bu günə qədər ABU müəllimlərinin adı heç bir cinayət işində hallanmayıbdır. Biz Avropa Məhkəməsinə şikayət etdikdən sonra ABU müəllimlərinə qarşı kütləvi həbslər başlayıbdır. Əgər onların cinayəti var idisə nə üçün 5 il bundan öncə cinayət işi acmırdınız? Deməli, bu fakt özlüyündə bir daha təsdiq edir ki, ABU-ya qarşı münasibət qərəzlidir. Avropada ağır hərbi cinayətlər edib insanların ölümünə səbəb olmuş hərbçilərə 3 ildən sonra cinayət işi açılmır. ABU-nun bağlanması da siyasi sifarişdir”.