Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş Prokurorluq 135 min manatlıq yeyintinin üstünü açdı

 

“Astara Kredit İttifaqı” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. 
"Xeberinfo.com":  Baş Prokurorluğun mətbaut xidmətindən verilən məlumata görə, istintaq zamanı Osman Nəzərovun “Astara Kredit İttifaqı” MMC-nin idarə heyətinin sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri məlum olub.
Onlar ipoteka müqavilələri əsasında ayrı-ayrı şəxslərin əmlakını müxtəlif kredit təşkilatlarında və banklarda yüklü edərək mülkiyyət hüquqları ilə bağlı mənafelərinə mühüm zərər vurmasında, eyni üsul ilə vətəndaşların əmlakını “İcraçı Kredit Agentliyi” MMC-də ipoteka ilə yüklü edərək aşağı faizlə görürdüyü 160 min 160 manat məbləğində kreditin 76 min 700 manatını rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənimsəyiblər.
Eyni zamanda, 4 min 600 manat məbləğində vergi ödəməkdən yayınmasında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə “Nikoil” İnvestisiya kommersiya bankının “Lənkəran” filialından müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin adına qrup halında götürülmüş 39 min 400 manat məbləğində kreditin 17 min manatını banka ödəməyərək ələ keçiriblər.
Habelə Astara rayon sakininə məxsus evi “Nikoil” İnvestisiya kommersiya bankının “Lənkəran” filialında ipoteka ilə yüklü edərək 15 min manat məbləğində götürdüyü krediti şəxsi ehtiyacları üçün istifadə edərək vətəndaşa mühüm zərər vurublar.
Bu əməllər barədə şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq zamanı vurulmuş ziyanın bir hissəsinin ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam