Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirlik mütəşəkkil dəstəni zərərsizləşdirib

 

Altı nəfərdən ibarət qrup üzvləri barəsində həbs qətimkan tədbiri seçilib

 

"Xeberinfo.com":  Məlumata görə, ötən illərdə olduğu kimi, 2014-cü il ərzində də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən əlavə dəyər vergisi (ƏDV) fırıldaqçılığı ilə məşğul olan şəxslərin aşkar edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində mühüm işlər görülüb.
 
“APA-Economics”in məlumatına görə, bunu "Vergilər" qəzetinə müsahibəsində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov bildirib.
 
Onun sözlərinə görə, 49 cinayət işi üzrə ümumilikdə 32 mln. 950 min 452,94 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin 49-u barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilib: “Onlara ittiham elan olunub, həmin şəxslərdən 9-u barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işləri ittiham aktı ilə məhkəməyə göndərilib. Cinayət işlərinin istintaqı zamanı müəyyən edilib ki, son dövrlər bəzi qrup şəxslər hüquqi şəxsin elektron formada təsis edilməsi ilə bağlı vergi orqanları tərəfindən göstərilən operativ və şəffaf xidmətlərdən öz cinayətkar məqsədləri üçün istifadə edirlər. Onlar ƏDV ödəyicisi kimi qeydiyyata durmamaq və vergidən yayınmaq məqsədilə müxtəlif şəxslərin adlarına yüzlərlə müəssisə təsis edirlər”.
 
V. Məmmədov bildirib ki, əksər hallarda təsis edilən hüquqi şəxslərin hüquqi ünvanları eyni olub: “İstintaq zamanı ifadə verən şəxslərin bəziləri ilkin ifadələrində heç bir müəssisə təsis etmədiklərini, qısa müddət ərzində tanıdığı şəxslər tərəfindən onlardan notarial qaydada təsdiq edilmiş etibarnamə və adlarına elektron imza alındığını bildiriblər. İstintaq təcrübəsində artıq bir neçə şəxsin elektron imzasının bloklaşdırılmasına nail olunub və həmin şəxslər tərəfindən təsis edilmiş müəssisələrin ləğv edilməsi istiqamətində müvafiq proseslər aparılıb. Bir epizod üzrə cinayət işinin istintaqı zamanı müəssisə rəhbərinin evində axtarış-istintaq hərəkəti aparılıb. İstintaq zamanı 100-ə yaxın müəssisənin təsis sənədləri, həmin müəssisələrə dair ciddi hesabat blankları, möhürlər götürülüb. Müəyyən edilib ki, şəxs müxtəlif ərazi vergi orqanlarında ayrı-ayrı şəxslərin adlarına müəssisələr təsis etdirib və öz yaxın qohumlarını direktor vəzifəsinə təyin etdirərək banklarda aparılmış əməliyyatlara görə daxil olmuş pul vəsaitlərini özü götürərək vergi orqanına bəyannamə təqdim etməyib. Həmin şəxs şübhəli şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə həbs edilib. Külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda təqsirli bilinərək cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib”.
 
Departament rəisi qeyd edib ki, ötən il departament tərəfindən aparılmış əməliyyat-istintaq tədbirləri zamanı 109 müəssisə təsis edərək külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan 6 nəfərdən ibarət qabaqcadan birləşmiş sabit cinayətkar qrup - mütəşəkkil dəstə zərərsizləşdirilib və həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib: “Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslərin müxtəlif müəssisələr təsis edərək tender və kotirovkalarda iştirakının qarşısının alınması məqsədi ilə adlarına 1 886 müəssisə olan 35 şəxs barədə məlumatlar dövlət orqanlarına, təhsil müəssisələrinə göndərilib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam