Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Bal yarmarkası təşkil ediləcək sahədə - kameralar quraşdırılıb

Bal yarmarkasına hazırlıq yekunlaşır.

Yenixeber.org:  Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat (ATT) ASC, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bu barədə ASC-dən bildiriblər və qeyd olunub ki, artıq bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb. Yarmarka təşkil ediləcək sahədə kameralar quraşdırılıb və mütəmadi olaraq həmin kameralardan insanlar üçün onlayn görüntülər paylaşılacaq.

Xatırladaq ki, ötən il güclü küləyin olduğunu nəzərə alaraq paytaxtda yarmarkanın təşkili üçün xüsusi çadırlar gətirilib. Eyni zamanda, soyuq günlərdə həm arıçılar, həm də alıcıların rahatlığını təmin etmək məqsədilə çadırlarda istilik sistemi quraşdırılacaq.

Qeyd edək ki, 28 sentyabr-18 oktyabr tarixlərdə keçiriləcək yarmarka Fətəli xan Xoyski küçəsi 10 ünvanında (Tofiq Bəhrəmov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam