Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yasamaldakı “Yüksəliş” kompleksinin sakinləri “Turac-AF”dan narazıdırlar - GİLEY

Yasamaldakı “Yüksəliş” kompleksinin sakinləri “Turac-AF”dan narazıdırlar


Bakının Yasamal rayonu, Məhəmməd Xiyabani 133-135 ünvanında Yerləşən “Yüksəliş” yaşayış kompleksinin sakinləri iki ilə yaxındır ki, öz hüquqlarından istifadə edə bilmirlər. “Turac-AF” MTK tərəfindən 2017-ci ildə tikilərək təhvil verilən binada sakinlərə əvvəlcədən verilən vədlər yerinə yetirilmir.

Yenixeber.org:  Bu şikayətlə redaksiyamıza həmin ünvanda yaşayan bir qrup sakin müraciət edib. Onların sözlərinə görə, şirkət rəhbərliyi onları aldadaraq mənzil aldıqları zaman bağladıqları müqavilədə göstərilən ölçüdə deyil, daha kiçik mənzil satıb.

“Biz dəfələrlə sizin portalınızda içtimailəşdirilən məsələlərin öz həllinin tapdığının şahidi olmuşuq. Buna görə də sizdən problemin araşdırılmasını və ictimailəşdirilməsini xahiş edirik. Biz mənzilləri aldığımız zaman müqavilədə göstərilən ölçülərin "kupça"da göstərilən ölçülərdən kəskin fərqləndiyinin şahidi olduq. Mənzillərdə 10-30 kvadratmetrə qədər əskiklər var idi. Məsələn, 112,5 kvadrat metr adı ilə satılan, ödənişi də bu ölçü ilə alınan mənzilin "kupça"sında mənzilin ümumi ölçüsü 87.9 kvadratmetr göstərilib. Dəfələrlə müraciət etməyimizə baxmayaraq məsələ öz həllini tapmır. Sakinləri hər dəfə müxtəlif bəhanələrlə aldadırlar. İnsanların illər uzunu əziyyət çəkib, yığdığı pul əllərindən alınıb”, - sakinlər bildirirlər.

Şikayətçilərin narazılığı həm də şirkət rəhbərliyinin özbaşınalığındadır. Narazı sakinlər deyir ki, qanunvericiliyə uyğun olaraq şirkətdən kooperativin idarə edilməsini təhvil-təslim almaq istəyirlər. Amma MTK lazımi sənədləri verməkdən imtina edir və süni problemlər yaradır. Şirkət bununla binaya nəzarəti öz əlində saxlamağa çalışır.

Üçüncü narazılıq isə binada olan və sakinlərin avtomobil saxlaması üçün nəzərdə tutulan yeraltı dayanacağın başqa şəxsə satılması ilə bağlıdır: "Kompleksə aid olan qaraj sahəsindən istifadə sakinlər üçün qadağan edilib. MTK rəhbərliyi bütün qaraj sahələrinin naməlum bir şəxsə satıldığını iddia edir. Halbuki qanunvericiliklə qaraj sahələri binanın ümumi sahəsinə aiddir. Yuxarıda sadalanan bu üç məsələnin içtimailəşdirilməsi və araşdırılmasını sizdən xahiş edirik. Biz bununla bağlı şikayətimizi aidiyyatı qurumlara da göndərəcəyik".

Şikayətlə bağlı “Turac AF MTK” ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. MTK-nın rekvizitlərini heç yerdə tapa bilmədik. Yalnız “Facebook” sosial şəbəkəsində şirkətə məxsus səhifəyə rast gəldik ki, orada göstərilən telefon nömrələri də işləmirdi.

“Yüksəliş” yaşayış kompleksinin də sosial şəbəkədəki səhifəsində göstərilən telefon nömrələrindən heç birinə zəng çatmadı.

Qeyd edək ki, "Turac AF" MTK –nın rəhbəri Yaşar Qurbanov adlı şəxsdir. MTK barəsində ən çox şikayət edilən şirkətlər arasındadır. Belə ki, bir müddət əvvəl Prezident Administrasiyası nöqsanlara yol verən 30-dan çox şirkətin adını açıqlamışdı və onların arasında "Turac AF" MTK da var idi. (virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam