Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda və bəzi rayonlarda - qaz təchizatı dayandırılıb

Bu gün saat 09.00-dan etibarən Bakının Qaradağ rayonunun Sanqaçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələrində, eləcə də Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, Xudat şəhərinin bəzi ərazilərindəı təbii qaz təchizatı dayandırılıb.

Yenixeber.org: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payış-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Ağsu rayonunda tətbiq ediləcək qaz dayandırmaları isə zəlzələ vaxtı zədələnmiş, tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının mövcud qaz xətləri üzərinə birləşdirilməsi ilə bağlıdır.

Bundan başqa bu gün saat 09.00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam