Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sevinc Abbasovanın – Videosu

 

Sevinc Abbasovanın –

Bu gün Bakı Apellyasiya Məhkəməsində təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Yenixeber.org: Hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Elina Hacıyevanın valideynlərinin nümayəndələri Sevinc Əliyeva və Emin İsayev bildirib ki, şikayət təmin edilməyib: "Şikayət vermə müddəti keçdiyinə görə, şikayətimiz təmin edilmədi. Biz Səbail Rayon Məhkəməsinin qərarını iyulun 13-ü bilmişik. Həmin gün də şikayət verdik. İndi məhkəmə bildirdi ki, müddət keçib və müddətin bərpası ilə bağlı Səbail Rayon Məhkəməsinə yenidən müraciət edilməlidir. Biz də bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edəcəyik".

Xatırladaq ki, Səbail Rayon Məhkəməsində S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib. S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. Həmin qərardan narazı qalan Elina Hacıyevanın valideynlərinin nümayəndələri apellyasiya şikayəti veriblər. Onlar S.Abbasovanın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyir.(unikal)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam