Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təzə avtobuslarda yenilik

 

Bakıda xəttə buraxılan yeni avtobuslar sərnişinlər arasında çaşqınlıq yaradıb

 

"Xeberinfo.com":  Məlumata görə, yeni avtobuslarda qoyulan it şəkli problemlər yaradıb. Bu barədə Azərbaycan teatr və kino aktyoru İlqar Cahangir öz “facebook” səhifəsində yazıb: "65-i gözləyirdim ki, təzə avtobus gəldi. Dedim siftə edim. Qalxıb oturdum. Gördüm ki, üzbəüz oturanlar, solda duranlar mənə baxır. Aktyoram da, hamı tanıyır. Sevinərək sağıma baxdım. Gördüm ki, itin yerində oturmuşam. Sən demə ona görə baxırmışlar".
Maraqlıdır, doğrudanmı yeni avtobusda it şəkli vurulan yer itlər və digər ev heyvanları üçün nəzərdə tutulub? Məsələyə 65 saylı avtobus xəttinin tabe olduğu “Xaliq Faiqoğlu” MMC-nin şöbə müdiri Füzuli Sadıqov aydınlıq gətirib: “Yeni avtobuslarda vurulan it şəkli onu göstərir ki, əgər qucağında ev heyvanı saxlayan sərnişin minərsə, həmin yerdə dayanmalıdır. Türkiyədə və başqa ölkələrdə bir çox insan it və pişiklə birlikdə nəqliyyat minirlər. Görünür bu bizim sərnişinlər üçün qəribə gəlib. Mən göstəriş verəcəyəm ki, bu gündən həmin şəkil avtobuslardan götürülsün. Həmin yerdə əlin heyvan tutmayan sərnişinlər də dayana bilər”.
Şöbə müdiri onu da əlavə edib ki, yeni avtobuslardan əlillərin istifadəsi üçün də şərait yaradılıb (anspress).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam