Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib.

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.

25 fevral 2019-cu il tarixli sərəncamla aprelin 1-dən Prezidentin həmin aylıq təqaüdü sosial müavinət alan I qrup əlilliyi olan şəxslərlə yanaşı, əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödəniləcək.

Eyni zamanda, həmin təqaüdün məbləği gələn ayın əvvəlindən 73 manatdan 100 manata çatdırılacaq. Bununla yanaşı, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə də sərəncamla aprelin 1-dən Prezidentin aylıq təqaüdü (50 manat) veriləcək.

Beləliklə, əmək pensiyası alan I qrup əlilliyi olan şəxsə də sosial müavinət alan I qrup əlilliyi olan şəxs kimi, aprelin 1-dən Prezidentin aylıq təqaüdü kimi 100 manat, həmçinin ona qulluq edən şəxs üçün də Prezidentin aylıq təqaüdü kimi 50 manat ödəniləcək.

Sərəncam ən həssas kateqoriyalardan olan 577 minədək vətəndaşı əhatə edir ki, onlardan 300 minaə qədəri əlilliyi olan şəxslərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam