Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Güzəştli mənzil" almaq istəyənlərin NƏZƏRİNƏ - Rəy açıqladı...

 

"Güzəştli mənzil" almaq istəyənlərin NƏZƏRİNƏ - Rəy açıqladı...

Yanvarın 25-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

Yenixeber.org: MİDA-dan verilən məlumata görə, bu barədə "Ernst & Young" (“EY”) müstəqil beynəlxalq audit şirkətinin rəyində bildirilib.

Məlumata görə, “Güzəştli mənzil” sistemi “SOC 2” və “SOC 3” rəylərinə uyğun olaraq müstəqil beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) tərəfindən öncədən tam nəzarətə götürülüb və sistem üzərində davamlı olaraq müşahidə aparılıb. Bununla yanaşı, sistemin əlaqəli fəaliyyətini təmin etmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında MİDA-nın, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinin və Regional Data Mərkəzinin, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"-nin nümayəndələrindən ibarət operativ qərargah yaradılmışdır. Eyni zamanda, aidiyyatı qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin edib.

Seçim prosesi başa çatdıqdan sonra "Ernst & Young" şirkəti sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edib və fevralın 7-də “Güzəştli mənzil” sisteminin fəaliyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesinə öz müsbət rəyini təqdim edib.

Təqdim olunmuş rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services”, Güvənli xidmət” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara və “Güzəştli mənzil” sisteminin Əsasnaməsində qeyd edilən məqsəd və prinsiplərə (mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün mənzil seçimi prosesində bərabər şəraitin yaradılması, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınması) əməl olunması təsdiq olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam