Günün qoroskopu
Yenixeber.org:
Qoç - böyük uğurlar əldə etmək istəyirsiniz. Amma əlverişli gün deyil. Ətrafınızdakı insanlar arasında sizə mane olmaq istəyənlər və ya sizdən öz maraqları üçün yararlanmaq fikrinə düşənlər az deyil. İşdə həmkarlarla dil tapmaq asan deyil. Rəhbərlik qarşınızda yüksək tələblər qoyur. O tələblərin hamısını yerinə yetirmək asan deyil.
Nikbin olun. Yanınızdakı şəxslərdən fərqli olaraq ruhdan düşməyin. Sizi qeyri-ciddilikdə suçlaya bilərlər. Məsuliyyətli olun. Mövqeyinizdən geri çəkilməyin, amma aqressivlik də etməyin. Əks təqdirdə ünvanınıza yeni tənqidlər eşidəcəksiniz.
Buğa - bu gün yaranacaq çoxsaylı çətinliklər peşəkar fəaliyyət sahənizdəki məsələləri vaxtında həll etməyə mane olur. İşdə rəhbərliklə fikir ayrılıqları istisna deyil. İş yerini dəyişmək barədə düşünə bilərsiniz. Yekun qərar verməyə tələsməyin. Bir qədər sonra, vəziyyət stabilləşəndə hər şeyin o qədər də pis olmadığını anlayacaqsınız.
Ənənəvi rejimə riayət edin. Spontan qərarlar əhvalınıza pis təsir edə bilər. Kulinar eksperimentlər üçün əlverişsiz gündür.
Əkizlər - əla və ya yaxşı nəticələrə nail olmaq üçün ənənəvi taktikadan imtina edərək riskə getmək lazımdır. Maraqlandığınız sualların cavabları uzaqda deyil. Gərəkli informasiya əldə etmək üçün çətinlik çəkmək gərəkdir.
Emosional durumunuza nəzarət edin. Ruhdan düşməyin, pərişanlığa qapılmayın. İşlərinizdə nizama riayət edin.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərə fikir verin. Münasibətləri təhlil edin, bəzi əlaqələrdən boyun qaçırın. Əks cinsin mənsubları ilə əlaqələri qaydaya salın. Özünüz istəmədən belə, təmaslarda problemlər yarada bilərsiniz.
Xərçəng - işgüzar görüşlər və mühüm məsələlərin müzakirəsi üçün əlverişli gün deyil. Əldə etdiyiniz bütün uğurlar hələlik ilkin səciyyəlidir. Onlara sonradan yenidən baxmaq olar.
Peşəkar fəaliyyət müstəvisində isə durum dəyişə bilər. Bu gün alacağınız təkliflər maraqlı təsir bağışlaya bilər. Amma saatlar keçdikcə şərtlər pisləşəcək.
Günün ikinci yarısında əhvalınızın pisləşməsi, xroniki xəstəliklər və ağrıların yaranması istisna deyil.
Pəhriz saxlayırsınızsa, şərtləri əsla pozmayın.
Axşam saatlarında gəzintiyə çıxın.
Şir - çoxsaylı kiçik problemlər əhvalınızı poza bilər. Yolunuzda qəflətən yaranan sədlər sizi ruhdan salmasın. Qüvvələrinizə inanın və nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizə güvənirlər. Onlara mənəvi dəstək olun.
Yeni romantik münasibətlərin başlaması mümkündür. Yeni taışlıqlardan biri az sonra ciddi təmasa çevriləcək və yaşamınızda mühüm rol oynayacaq.
Ailə münasibətləri üçün yaxşı gündür. Yaxınlarla dil tapmaq asan deyil.
Qız - istənilən format və xassəli dəyişikliklər üçün əlverişli gündür. Nə istədiyinizi, bunun üçün nə etmək gərəkdiyini dəqiqləşdirin. Bədxahlardan biri sizi yoldan çıxarmaq istəyir. Onun uğur əldə etməsinə imkan verməyin. Nüfuzlu şəxslə mübahisələrdə mövqeyinizi qoruyun.
Opponentlər haqlı olduğunuzu etiraf etmək məcburiyyətində qalacaqlar.
Yaxınlarınızla münasibətlərdə güzəştə getməyi bacarın. Dartışmanı münaqişəyə çatdırmayın. Fəqət, bütün təmaslarda harmoniyaya da bel bağlamayın.
Axşam saatlarında səhhətdə kiçik problemlər, yuxusuzluq ola bilər.
Tərəzi - çoxsaylı yeni ideyalar yaranır. Onları qulaqardına vurmayın. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Müşahidələrinizdə dəqiq olun. Paradoksal nəticələrə gəlməyin, səlis davranın. Yaxın ətrafınızdakı insanlar sizdən nümunə götürməyə çalışırlar. Müttəfiq və həmfikirlərlə yanaşı, sizinlə çalışmaq, əməkdaşlıq yaratmaq istəyən insanlar peyda olur.
Təmirə başlamaq, yaşam arealında dəyişikliklər etmək olar. Ailə və məişət qayğılarını çözün. İşlər lap çox olsa belə, yorğunluqdan şikayətlənməyin.
Əqrəb - gün çətinliklər və problemlər vəd edir. Bütün bunlara rəğmən məqsədə doğru qətiyyətlə irəliləyin. Uğur istədiyiniz kimi asanlıqla əldə olunmur. Maliyyə çətinlikləri yarana bilər. Nəzərdə tutulmamış alış-verişə yollanmayın.
Səfəri təxirə salın. Bu gün səfər və ya səyahət yorucu, faydasızdır.
Fəaliyyət sahənizlə bağlı xoş xəbər alacaqsınız. Karyera müstəvisində irəliləmək şansı var.
Əyləncəyə vaxt yoxdur.
Oxatan - ilk baxışdan faydasız görünsə də, əslində böyük əhəmiyyət kəsb edən məlumat alacaqsınız. Bir qədər keçəcək və anlayacaqsınız ki, bu informasiya yetərincə dəyərlidir. İşgüzar fəaliyyət və ya şəxsi münasibətlər müstəvisində gözlənilməz təklifin alınması mümkündür. Yaşamınızda ciddi dəyişikliklərə hazırsınızsa, həmin təklifi qəbul edin.
Travma riskinin az olmadığı gündür. Səfərdə, səyahətdə, iti və kəsici alətlərlə iş zamanı ehtiyatlı olun. Sayıq davranın. Enerji potensialı səviyyəsi yüksəkdir.
Özünüzü yaxşı hiss edirsiniz. Yaralar tez sağalır.
Oğlaq - maliyyə məsələlərində mümkün qədər ehtiyatlı olun. Pulları itirmək çox asandır. Qazanc əldə etmək və ya itkiləri bərpa etmək üçün çox çətindir. İşdə və ya evdə münaqişələr ola bilər. Yalnız xoş sözlər eşitməyə adət etdiyiniz insanlar belə davranışınızdan narazı qaldıqlarını gizlətmirlər.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Emosional baxımdan mürəkkəb zamandır. Dözümsüz, qıxıqlı olmayın. Aqressiv davranmayın. Mənfi emosiyalarınızı cilovlayın.
Dolça - gün ilk baxışdan göründüyü təki pis deyil. Bəzi problemlər yaransa da, onları tez, əlahiddə səy göstərmədən həll edin. Yeni tanışlıqlar şəxsi münasibətlər və işgüzar fəaliyyət baxımından faydalı ola bilər.
Aktual məsələ ilə bağlı mövqeyinizi açıq bildirməkdən çəkinməyin. Fikirlərinizin yaxın ətrafınızdakı insanların düşüncələri ilə üst-üstə düşməməsindən qorxmayın. Hadisələrin inkişaf məcrası məhz sizin haqlı olduğunuzu göstərəcək.
Qəfil, nəzərdə tutulmamış səyahət və ya səfər pozitiv emosiyalar bəxş edəcək, sizə yeni nə isə öyrədəcək.
Yaxınlarınızla fikir ayrılıqlarını aradan qaldırın, ailədəki xoş münasibətləri bərpa edin.
Balıqlar - təfərrüatlara və xırdalıqlara diqqətli olun. Sənədlərlə, hesablamalarla iş zamanı sayıq davranın. Sizdən dəqiqlik tələb olunur.
Gəlir istisna deyil. Pula ehtiyacınız var.
Alış-veriş sərfəli ola bilər.
Bilik və bacarıqların artırılması, yeni təcrübənin mənimsənilməsi üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın. Faydalı məlumatlarla informasiyaları tez yadda saxlayın. Gərəksiz xəbərləri yadda saxlamaqla hafizənizi yükləməyin.
Axşam saatlarını istirahətə həsr edin.