Günün qoroskopu
Qoç - yaxşı, əlverişli gündür. Başladığınız işlərin əksəriyyətini uğurla başa vura bilərsiniz. Risk edin, cəsarətli ideyaların reallaşdırılmasına başlayın. Yaxın ətrafınızdakı insanlara sual verməkdən çəkinməyin. Təcrübə mübadiləsindən yararlana bilərsiniz.
Axşam saatlarında maraqlı tanışlıq istisna deyil.
Buğa - günün ilk yarısında mübahisələr və anlaşılmazlıqların sayı az olmayacaq. Həmkarınızdan tutmuş, qohumunuza qədər hər kəs opponentiniz ola bilər. Ən xırda məsələlərə görə mübahis etməyin. İstənilən mövzuda uzun-uzadı diskussiyalara başlamayın.
Günün ikinci yarısında bütün diqqəti işə yönəltsəniz uğur əldə edəcəksiniz. Tamamilə yeni, maraqlı işə də başlaya bilərisniz.
Əkizlər - qarşılaşdığınız çətinliklərin və üzləşdiyiniz problemlərin səbəbini, yaxud səbəbkarını müəyyən etməsəniz gün məhsuldar olmayacaq. Maneələrin dəf olunmasına çalışın. Bu gün problemlər çox olacaq. Çətinliklərin sınanmış, ənənəvi çözüm vasitələri işlək deyil.
Şəxsi münasibətlərdə diqqətli olun.
Xərçəng - sakitliyə ehtiyacınız var. İşlərdə müəyyənliyə can atırsınız. Sizə heç maraqlı olmayan proseslərin iştirakçısına çevriləcəksiniz. Cansıxıcı işlərin bəzilərini yaxın ətrafınızdakı insanlara, tərəfdaşlara həvalə edin. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.
Ciddi maliyyə məsələlərinin həllini ertələyin.
Günün ikinci yarısında tənbəllik etməyin.
Şir - əlverişli, uğurlu gündür. Başlayacağınız işi müvəffəqiyyətlə başa vuracaqsınız. Ən çətin, qarışıq problemin həllinə başlamaq olar. Amma unutmayın - sizə kimsə yardım etməyəcək. Kiçik gəlirlər olacaq.
Alış-veriş üçün münasib zamandır.
Günün ikici yarısı uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq, önəmli məsələləri müzakirə etmək olar.
Qız - qarışıq gündür. Həyacanlanmamaq, sinirlənməmək, emosiyalara hakim olmamaq çox çətindir. Baş verənlərə sərt reaksiya verməyin. İndiyədək sizi bir sözdən anqlayan insanlar sərt və laqeyd davranırlar. Onlar öz işləri ilə məşğuldur.
Problemlərinizlə üzbəüz qalacaqsınız.
Günün ikinci yarısında ətrafınızda baş verənlərni müşahidə edin. Təcrübəli insanların verdikləri qərarları təhlil edin.
Tərəzi - sakit, məhsuldar gündür. Qarşınızda yeni üfüqlər çətin ki, açılsın. Lakin işlərinizlə məşğul olsanız, normal nəticələr əldə edəcəksiniz. Dəyər verdiyiniz insanların qədrini bilin. Əhvalınızı yaxşılaşdıracaq xoş xəbərlər və sürprizlər istisna deyil.
Günün ikinci yarısında maraqlı təklif ala bilərsiniz. Tələsməyin.
Şəxsi münasibətlərdə müsbət dönüş olacaq.
Əqrəb - boş danışıqlara və mənasız müzakirələrə qurşanmayın. Aktual olmayan məsələləri götür-qoy edən insanlarla vaxt keçirməyin. Bilavasitə işlərlə məşğul olun.
Günün ikinci yarısında mühüm xəbər alacaqsınız. İdeyanızı dəstəkləyən insan olacaq. İş yerində daha çox diqqət tələb edin. Önəmli məsələlərin çözümünü ertələməyin.
Oxatan - işgüzar əlaqələrin inkişafı və fəaliyyət məcrası baxımından əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. İşgüzar əlaqələriniz olduğu insanlarla münasibətlərdə romantika yolverilməzdir.
Günün ikinci yarısında emosiyalarınıza nəzarət edin. Səfərə yollanmaq olar. Dəyər verdiyiniz insanlara vaxt ayırın.
Oğlaq - mübahisələr və fikir ayrılıqlarından yayına bilməyəcəksiniz. Dünənədək sizin tərəfinizdə olan insanlar indi tam fərqli mövqe tutacaqlar. Onların az sonra nə edəcəkləri bəlli deyil.
Maliyyə məsələlərində çətinliklər yaranacaq. Ailə üzvlərindən biri ilə mübahisə olacaq.
Günün ikinci yarısında məntiqli, soyuqqanlı olun. Kimsəyə imkan verməyin ki, sizə nəyisə diqtə etsin, təzyiq göstərsin.
Dolça - mürəkkəb və vacib məsələlərin həlli üçün əla gündür. Əsas məsələni ikinci dərəcəli nəsnələrdən ayırın. Bəzi işlərdə tələsin, bəzi işlərdə isə aramla davranın. Ən əsas isə istənilən işdə əsaslı, düşüncəli olun. Yalnız bu minvalla rəqibləri geridə qoya bilərsiniz.
Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Ən yaxşı yönlərinizi göstərin. Hisslərin əsiri olmayın.
Balıqlar - yaşanan olaylara real baxsanız hər şey yaxşı olacaq. Planlarınızın özbaşına gerçəkləşəcəyini düşünməyitn. Şərtlər uğurlu deyil və məqsədinizə asanlıqla çatmayacaqsınız. Əksinə, adi günlərdən fərqli olaraq daha çox çalışmalı olacaqsınız. Amma hədəf çəkilən zəhmətə dəyər.
Günün ikinci yarısında intuiasiyanızın səsirni dinləyin. Nə zaman sürətlə işləməyin, nə zamanda da bir qədər fasilə etməyin gərəkdiyini anlayın. Ətrafınızdakı insanlarla təmaslarda ifrat tələbkarlıq nümayiş etdirməyin.