Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Həkimlər körpənin ürəyini dayandıraraq əməliyyat etdi

    

Həkimlər körpənin ürəyini dayandıraraq əməliyyat etdi
Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub.
Yenixeber.org: ATU-nun Mətbuat xidmətindən  verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.

Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnindəykən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranır: “Uşaq doğulduqdan sonra pediatrik kardioloqumuz doktor Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verdik”.

İki saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək-ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb. Uşağın bədən temperaturu 32 dərəcəyədək soyudulub, ürəyi dayandırılıb. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər üç defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırılıb. Uşağ süni ürək-ağciyər aparatından ayrılaraq əməliyyat başa çatdırılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam