Yenixeber.org: Bu qidaların sağlamlıq üçün heç bir risk yaratmaması üçün hazırlanarkən və onları saxlayarkən bəzi qaydalara diqqət etmək lazımdır. Çünki düzgün hazırlanmayan və saxlanılmayan konservlər hətta ölümə belə səbəb ola bilir.

Evdə konserva hazırlayarkən diqqət edilməli olan məqamları təqdim edirik. 
Meyvə və tərəvəzlərin təzə olmasına fikir verin
Meyvə və tərəvəzləri konservləşdirmək üçün alarkən əsas diqqət etməli olduğunuz məqamlardan biri də onların təzə olmasıdır. Həmin meyvə və tərəvəzlər konservləşdirilmədən öncə yaxşıca yuyulmalıdır.
Qablar
İstiyə dözümlü qablardan istifadə etməlisiniz. Buna görə də daha çox şüşə qablardan istifadə olunmalıdır. Əgər plastik qablardan istifadə etmək istəyirsinizsə sırf turşu üçün istehsal olunan qabları seçin. Adi plastik qablardan istifadəsi sağlamlığınız üçün zərərlidir.
Şüşə qabları qaynadın
Şüşə qablardan istifadə etməzdən öncə qabları 10-15 dəqiqə isti suda qaynatmaq lazımdır. Şüşə qabların qapaqlarının paslı olmamasına diqqət göstərin. Qablar qaynadılaraq yenidən istifadə oluna bilsə də, qapaqların yenidən istifadəsi məsləhət görülmür.
Uzun müddət saxlamayın
Konservləri açdıqdan sonra uzun müddət saxlamayın. Bir-iki gün içərisində soyuducuda saxlayaraq istifadə etmək mümkündür amma daha uzun müddət saxlamaq olmaz. Uzun müddət açıq qalmış konservlərdə “clostridium botulinum” bakteriyası yarana bilir. Bu bakretiya insan sağlamlığı üçün təhlükəlidir.