Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əhalinin sayı açıqlandı


 

    Bu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin sayı 9 564,4 min nəfərə çataraq, ilin əvvəlindən 87,3 min nəfər və ya 0,9% artıb. 

    "Xeberinfo.com": APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 110 nəfər olub. Hər 1000 nəfər kişiyə qadınların sayı 1011 nəfər təşkil edir. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləridir.

    Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 128,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,9-dan 18,2-yə qədər artıb. Doğulanların 53,6%-ni oğlan, 46,4%ni isə qız uşaqları təşkil edir. Körpələrin 2 308-i əkiz, 48-i isə üçəm doğulub.

    Bu ilin 9 ayı ərzində ölkədə 41,6 min ölüm halı qeydə alınıb və hər 1000 nəfər əhaliyə hesabı ilə bu göstərici 5,9 təşkil edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam