Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əhalinin sayı açıqlandı - 9 milyon 593 min nəfər

 

Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 115,9 min nəfər və yaxud 1,2 faiz artaraq 2015-ci ilin əvvəlinə 9 milyon 593 min nəfər olub

 

"Xeberinfo.com":  Dövlət Statistika Komitəsindən PİA.AZ-a verilən məlumata görə, 2014-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9 faizini təşkil edib. 
Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür və hər 1000 kişiyə 1009 qadın düşür. 
Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 114,9 min nəfər çox olub. Belə ki, 2014-cü ildə ölkədə 170,5 min körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,1 təşkil edib. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulub. 
Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur. 
Ötən il ərzində ölkədə 55,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib. 
2014-cü il ərzində ölkədə 84,9 min nikah və 12,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,0 və 1,3 olub. 
2014-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam