Saytlarda, sosial şəbəkələrdə tez-tez post paylaşımlarının şərh bölməsində, iş elanlar yazıldığını görürük.
Yenixeber.org: “Xanımlar üçün iş”, “Evdən çıxmadan pul” azan tipli spam kimi şərhlər artıq hər kəsi bezdirib. Belə elanların çoxluğunu nəzərə alıb, məsələni araşdırmaq qərarına gəldik.
Son günlər hər yerdə, əsasən də “İnstagram”da fotoların altında göbələk kimi çıxan şəxslərin yazdığı şərhlərdə sadəcə xanımlar üçün olan iş elanları paylaşılır.
Onlardan biri ilə əlaqə saxladıq və məsələnin əsl üzünü ortaya çıxara bildik.
”Tiens”-in davamçıları…
Azərbaycanda “Tiens”, “Quest” kimi sistemlərdən onlarla, yüzlərlə insan əziyyət çəkib. Hər biri ciddi məbləğdə maddi zərərə uğrayıblar. Burada da oxşar sistemdir. Səni ballı sözlərlə inandırır, öz sistemlərinə bağlayıb, borclu hala salırlar.
Yəni sən onlardan nəsə alırsan və ya alan birini tapırsan, beləcə guya qazanırsan. Sadəcə qadınları hədəf alan bu onlayn mağaza Azərbaycanda İsveç şirkəti olan “Oriflame”- əmədaşlıq etdiklərini deyir. Maraqlısı budur ki, iş elanlarında sadəcə qadınlar tələb edirlər. Üstəlik iş axtaran və yaxud evdar qadınları menecer vəzifəsi təklif edərək cəlb edirlər. Sloqanları da belədir “siz evdən çıxmadan pul qazanacaqsınız”. Aydındır ki, evdar qadınları ancaq bu yolla aldada bilərlər.
Həmin şirkətlərdən birinin işçisi öz şirkətləri haqqında səs yazısında məlumat verir:
“Onlayn internet mağazamız mağazamız var. Bu mağazanı reklam etmək lazımdır ki, gəlirimiz artsın. Siz heç nə satmayacaqsız. Sadəcə internetdə reklam yerləşdirəcəksiniz. Bu reklamlardan biri bizim mağazada olan endirimlər, ikincisi isə menecer vəzifəsinə işçi axtarışı barədə olacaq. Bizə hər zaman yeni işçilər lazımdır. Mağazamız ayda minimum 5000 AZN qazanacaq. Bu gəlirin 800-900 AZN-i rəsmi şəkildə sizin olacaq. Onlayn mağazamız günlük qazanc pilləsinə qalxan kimi mən onun idarəsini sizə verəcəyəm. Siz özünüzün biznesini qurmuş olacaqsınız. Evdən çıxmadan rahat şəkildə pul qazanacaqsınız. Bizim satıcılara ehtiyacımız yoxdur, bizim savadlı menecerlərə ehtiyacımız var. Bizim komandada işləyən üzvlər bir ildən sonra hər ay sonu 1000 AZN əldə edəcəklər. Eyni templə davam etsəniz bu məbləğ 2 qat artacaq. Bizə gündə 20-30 qadın yazır, bunlardan 10 nəfərdən çoxu qeydiyyatdan keçir. Nəzərə alaq ki, siz evdən çıxmadan, gündə 4-5 saat vaxt sərf edərək böyük qazanc əldə edə bilərsiniz”.
Xanımlara təklif olunan işin xülasəsi bundan ibarətdir. Göründüyü kimi adı bilinməyən bu şirkət qadınları asan qazanc əldə etmək vədləriylə öz mağazaları üçün çalışmağa çağırır.
İş axtaran insanları bu tip oyunlara aldanmamağa çağırırıq.(minval)
Vüqar