Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Süni qiymət artımı ilə bağlı əhaliyə müraciət

 

Süni qiymət artımı ilə bağlı əhaliyə müraciət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti əhaliyə müraciət edib.
Yenixeber.org: Xidmətdən daxil olan məlumata deyilir: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etdiyiniz biletlər vasitəsilə növbəlilik prinsipinə əməl etdiyiniz üçün və kənar şəxslərin qeyri-qanuni daşımalar üçün süni qiymət artımına gətirib çıxaran qanunsuz əməllərinə rəvac vermədiyiniz üçün təşəkkür edirik!

Tezliklə BBAK-də sizin üçün daha əlverişli şəraitin yaradılması üçün bütün tədbirlər görülür. Sizdən xahiş edirik ki, hər hansı qanun pozuntusuna rast gəldiyiniz halda NRYTN-nin 1655, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406 01 58/59 nömrəli qaynar xətlərinin operatorlarına məlumat verəsiniz. Məlumat verəcəyiniz faktla bağlı avtobusun dövlət qeydiyyat nişanını dəqiq bildirməyiniz rica edilir”.

Müraciətdə bildirilib ki, bilet satışı ilə bağlı indiyə qədər ən çox daxil olan şikayətlər qeyri-qanuni daşımalar həyata keçirən daşıyıcı şirkətlər tərəfindən süni şəkildə qiymətlərin qaldırılması idi: “Hazırda DANX-nin və BBAK-nin gücləndirilmiş nəzarət mexanizmi ilə sərnişinlərin gediş-gəlişinin təmin olunmasında bu kimi hallara yol verilməməsi üçün tədbirlər görülür. Reyslərin saatlarında olan mövcud bəzi problemlərin də aradan qaldırılması üçün kompleks işlərə start verilib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam