Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezident:“Gələn ilin sonuna qədər artıq 30 xalça fabriki işə düşəcək”

 

 

“Bu gün Xaçmaz rayonunda çox əlamətdar bir gündür, xalça fabriki açılır

 

Yenixeber.org: Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. Son iki il ərzində artıq dördüncü xalça fabriki açılır və bu proses davam etdiriləcək. Biz xalçaçılıq sənətini yaşatmalıyıq, yaşadacağıq və belə fabriklərin açılması ölkəmizin ümumi inkişafını göstərir. Burada 100-dən çox iş yeri açılıbdır, gələcəkdə 150 iş yeri yaradılacaq, bunun üçün hər cür şərait vardır. Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır. Ümumiyyətlə, Azərbaycanda iş yerlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Amma çox sevindirici hal ondan ibarətdir ki, qadınlar da fəal işə cəlb olunurlar. Xalçaçılıq elə sənətdir ki, bunu qadınlar yaşadırlar”. “Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Xaçmaz filialının açılışında deyib. “İki il əvvəl mənim sərəncamımla “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılmışdır və qarşıya vəzifə qoyulmuşdu ki, bu təşkilat xalçaçılıq sənətini yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif yerlərində 30 xalça fabriki açılsın. Bu fabrik sayca dördüncüdür və gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaq”, - deyə, dövlət başçısı əlavə edib. Prezident bildirib ki, xalçaçılıq Azərbaycanın milli sənətidir, milli sərvətidir: “Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Bakıda gözəl Xalça Muzeyi tikilib istifadəyə verilmişdir. Yəni, biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. İş yerlərinin yaradılması çox önəmli məsələdir. Qeyd etdiyim kimi, bu fabriklərin fəaliyyətə başlaması nəticəsində minlərlə iş yeri yaradılacaq. “Azərxalça”nın qarşısında bir vəzifə də qoyulub ki, xalçanın istehsalında istifadə edilən bütün xammal yerli xammal olsun. Bu məqsədlə indi ölkəmizin müxtəlif yerlərində yun tədarükü mərkəzləri yaradılır. Baramaçılıq sürətlə inkişaf etdirilir ki, ipək xalçalar da toxunsun. Sumqayıt şəhərində yunəyirici-boyaq fabriki inşa edilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, bundan sonra xaricdən xammalın gətirilməsinə heç bir ehtiyac qalmayacaq. Yüz faiz yerli məhsul olaraq Azərbaycan xalçası dünyaya təqdim ediləcək. Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək. Bax görürsünüz, xalçaçılıq sənətinin inkişafı və “Azərxalça”nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin dünyada təbliği baxımından xalçaçılığın çox böyük önəmi var. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə keçirilən sərgilərdə, təqdimatlarda mütləq Azərbaycan xalçası təqdim edilir. Şadam ki, bu gözəl müəssisə Xaçmaz şəhərində yaradılır. Xaçmazın inkişafına böyük diqqət göstərilir. Bu gün biz Xaçmaz şəhərində içməli su layihəsinin açılışını qeyd edəcəyik. Bu da çox böyük sosial layihədir. Digər sosial məsələlər də öz həllini tapır. Son illər ərzində 40-a yaxın məktəb tikilib və ya təmir edilmişdir, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuşdur. Mən onun açılışında iştirak etmişəm. Olimpiya İdman Kompleksinin açılışında da iştirak etmişəm. Ümumiyyətlə, bu səfər mənim Prezident kimi Xaçmaza sayca 8-ci səfərimdir və bütün səfərlər zamanı gözəl müəssisələrin, obyektlərin açılışları olmuşdur. Onu da qeyd etməliyəm ki, Xaçmazda digər infrastruktur layihələri icra edilir, qazlaşdırma artıq 80 faizdən çoxdur, yeni yollar salınır. Bu gün həm kənd yolu, həm də Xaçmaz-Xudat yolu açılacaqdır. Mənə verilən məlumata görə, son illərdə 7 yol layihəsi icra edilib və əhalinin 70 faizi artıq yeni yollarla əhatə olunub. Bu proses gələn illərdə də davam etdiriləcəkdir. Elektrik enerjisi ilə heç bir problem yoxdur və Xaçmaz rayonunda qazlaşdırma 100 faizə çatmalıdır. Qarşıya belə vəzifə qoyulub, yaxın gələcəkdə biz buna da nail olacağıq. Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatına böyük diqqət göstərilir, 40-dan çox aqropark yaradılır. Birinci aqropark mənim iştirakımla Xaçmaz rayonunda açılmışdır. Yalama aqroparkı indi uğurla fəaliyyət göstərir. Orada da çoxlu iş yerləri yaradılır. Əlbəttə ki, Xaçmaz rayonunun turizm potensialı çox böyükdür və zəngindir. Buraya həm ölkəmizin müxtəlif yerlərindən, həm də xarici ölkələrdən gələn turistlərin sayı artır, bir çox istirahət mərkəzləri vardır. Onların sayı da artmalıdır ki, Xaçmaz rayonunun inkişafı daha da sürətlə getsin. Beləliklə, sənaye istehsalının, kənd təsərrüfatının, turizmin inkişafı və əlbəttə ki, Xaçmaz şəhərinin abadlaşdırılması çox sevindirici hallardır. Xaçmaz indi muzeylər, parklar şəhəridir. Burada gözəl abadlıq işləri görülür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, inkişaf daha da sürətlə getsin və ölkəmiz həmişə ən yüksək zirvədə olsun. Əlbəttə, bu işlərdə sizin əməyiniz də çox önəmlidir”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam