İpoteka kreditləri daha əlçatan olacaq -Ekspert şərh edir
Yenixeber.org: Prezident İlham Əliyevin İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində ediləcək dəyişikliklərlə bağlı fərmanı fondun fəaliyyətinin təkmilləşdirilməsi və eyni zamanda ipotekaya əl çatanlığın artırılması baxımından olduqca önəmlidir.
Bunu AzVision.az-a əmlak eksperti Ramil Osmanlı ipoteka kreditləri ilə bağlı fərmanı şərh edərkən deyib. O bildirib ki, fərmanda iki mühüm məqamı xüsusi qeydə etmək lazımdır.
“Birinci məsələ, İpoteka və Kredit Zəmanət Fondunun, eyni zamanda müvəkkil olan bankların, borc alanların vergi öhdəliklərindən azad edilməsidir. Bu, çox vacibdir. İkinci məsələ, fondun yaşayış sahələrini alıb kirayə verməsidir. İkinci məsələ ilə bağlı beynəlxalq praktikada müəyyən forma və qaydalar var. Bunun Azərbaycana tətbiq olunacağı və ya necə tətbiq olunacağı məlum deyil, indidən bu məsələyə şərh verməyimiz düzgün olmaz. Burada detallarla şərh olunacaq məqam yoxdur. Hələlik müddəalardan ibarətdir. Nazirlər Kabineti və digər icra hakimiyyəti orqanları fərmandan irəli gələn məsələlərlə bağlı təqribən iki ay müddətində təkliflərini hazırlayıb hökümətə təqdim etməlidir”.
R.Osmanlı qeyd edib ki, kirayə məsələsi əsasən fond vəsaitlərindən istifadə edən qruplar üçün əlverişlidir.
"Beynəlxalq praktikada kirayə mənzillərin verilməsinin müxtəlif tətbiq nöqtələri var. 3 il müddətinə hər hansı mənzilin ipoteka formasında alınıb kirayə verilməsini nəzərdə tutur. Amma Azərbaycanda bunun necə tənzimlənəcəyi hələlik məlum deyil. Ola bilsin ki, bu qayda başqacür olacaq. Bəlkə də İpoteka Fondu mənzili alıb onu 3 il müddətinə deyil, 10 il müddətinə kirayə verəcək. Bu məsələ barədə qaydalar tənzimlənmədən əsaslı fikir söyləmək çətindir”.
R.Osmanlı bildirib ki yeni dəyişikliklər ipoteka kreditlərinin faiz dərəcələrinin azaldılmasına xidmət etmir. Faiz dərəcələrinin azaldılması İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının səlahiyyətində olan məsələdir.
"Müşahidə Şurası müəyyən məqamlarda zərurət yarandıqda öz yığıncaqlarında bu məsələyə baxa bilər. Düşünürəm ki, fond və maliyyə bazalarında baş verən proseslər, getdikcə bazarda şərtlərin dəyişməsi yaxın gələcəkdə bu məsələni zəruri edəcək. Faiz dərəclərinin aşağı salınması istiqamətində fond hansısa qərarlar qəbul edəcək. Çünki ipoteka kreditlərinin verilməsinə 2007-ci ildən başlanılıb. 2007-ci ildən bu yana qədər faiz dərəcələri dəyişməyib. Halbuki, 2007-ci ildən bu günə qədər daşınmaz əmlakın bazar qiymətlərində iki dəfədən artıq qiymət dəyişməsi baş verib. Eyni zamanda bazarda çox ciddi dəyişiklər olub. Zənnimcə, yaxın gələcəkdə bu məsələyə baxılacaq”.
Qeyd edək ki, ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən qaydalarda ipoteka kreditinin restrukturizasiyası ilə bağlı məsələlərin müəyyənləşdirilməsi öz əksini tapıb.
Fərmana əsasən, ipoteka kreditinin verilməsinə dair tələblərdə dəyişiklik olub. Belə ki, kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsi ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına veriləcək.
Fondun İdarə Heyəti ipoteka kreditləri üzrə risklərin idarə edilməsi, ipoteka ilə yüklü edilən yaşayış sahələrinin likvidliyinin təmin olunması məqsədilə yaşayış sahəsinin ilkin və ya təkrar bazarda alınmasından asılı olaraq yaşayış sahəsinə dair (tikildiyi il, layihəsi, istismar vəziyyəti, yerləşmə yeri və s.) əlavə tələbləri və bu qaydanın 3.1.6-cı və 3.1.7-ci yarımbəndləri nəzərə alınmaqla, kreditin məbləği və kredit üzrə illik faiz dərəcələrinə dair şərtləri müəyyən edəcək.
Aytən Zəhra