Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanda ipoteka kreditləri üzrə sığorta tarifləri azaldılacaq

 

 

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə həyat sığortası şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü keçirilib

 

Yenixeber.org: Görüşdə qurumun sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və fondun rəhbərliyi iştirak edib.

Tərəflər əsasən Zəmanət Fondunun “İpoteka haqqında” qanunun 27.1-ci maddəsinə təklif etdiyi dəyişikliyi müzakirə edərək mövqelərini ifadə ediblər və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb. Görüşün yekunu olaraq, sığortaçıların ipoteka kreditləri üzrə sığorta tariflərini endirməsi barədə razılığa gəlinib. Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun qanuna dəyişiklik təşəbbüsü ilə əlaqədar ASA-nın təşkilatçılığı ilə həm rəhbərlik səviyyəsində, həm də işçi qrupu səviyyəsində görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq sığortaçıların Fondla görüşü təşkil olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam