Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda tikintiyə icazə "bir pəncərə" sistemi vasitəsilə veriləcək

 

 

Bundan sonra Bakıda tikinti işi aparmaq istəyən sahibkarlar Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) icazəni "bir pəncərə" sistemi vasitəsi ilə alacaqlar

 

Yenixeber.org: Bunu qurumun nümayəndəsi Akif Abdullayev deyib.

"Bundan sonra sahibkarların sənədləri müxtəlif əllərdə gəzməyəcək", - deyə o qeyd edib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlı isə bildirib ki, ölkə Prezidentinin müvafiq fərmanı ilə tikintiyə icazə prosedurları sadələşdirilib: "Əgər əvvəl prosedurların sayı 21 idisə, indi bu, 9-a endirilib".

Qeyd edək ki, bu gün İİTKM paytaxt meriyasında 30-a yaxın tikinti şirkətinin rəhbəri ilə görüş keçirib. Görüşdə V.Qasımlı Dünya Bankının “Doing Business” hesabatında “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar barədə çıxış edib. O bildirib ki, aparılan sistemli iqtisadi islahatlar nəticəsində “Tikintilərə icazələrin alınması” indikatoru üzrə biznes mühitinin yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılıb. Tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “bir pəncərə” prinsipi ilə, sadəcə, bir sorğu vasitəsi ilə “ASAN Kommunal/Xidmət” mərkəzlərində əldə olunur.

BŞİH-nin baş memarı Akif Allahverdiyev bildirib ki, meriyada “Tikintilərə icazələr üzrə Bir Pəncərə”də sənədlər qəbul edilir. Eyni zamanda qurumun internet səhifəsindən sahibkarların elektron qaydada tikinti icazələri üçün müraciət etməsinə imkan yaradılıb. Tikinti sahəsində çalışan sahibkarlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində yaradılmış şəraitə görə razı olduqlarını bildiriblər.

Görüşdə islahatların davam etdirilməsi üçün tikinti şirkətlərinin səmərəli təklifləri nəzərə alınıb. Xüsusilə vurğulanıb ki, biznes mühitinin digər istiqamətlərində də aparılan iqtisadi islahatlar, infrastrukturun yaxşılaşdırılması və dövlət dəstəyinin genişləndirilməsi sahibkarlığın inkişafı üçün münbit şərait yaradır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam