Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?/ FOTOLAR

Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?

 

 

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki problem uzun müddətdir həllini tapmır

 

Yenixeber.org: Havalar yağışlı olan kimi qeyd olunan küçədə (Ballı marketin qarşısı) qrunt suları toplanır. Bu da avtomobillərin hərəkətinə, eləcə də qəsəbə sakinlərinin fəaliyyətinə əngəl yaradır.

 

Problemin səbəbi nədir?

Suaraxanı rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, yağış sularının axıdılması üçün qeyd olunan ərazidə sistem qurulmalıdır. Bununla bağlı “Azərsu”-ya müraciət olunub. Məsələ nəzarətdədir.

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd etdi ki, avtomobil yollarındakı kanalizasiya infrastrukturunu artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qurur. Problemlə bağlı agentliyə müraciət etmək tövsiyə edildi.

Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov isə problemlə bağlı açıqlamasında qeyd edib ki, həmin yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindədir:

“Qeyd olunan küçə mərkəzi yoldur. Həmin küçəyə suların axıdılması üçün drenaj xətti çəkilib. Lakin güclü yağışlar yağanda çatdırmır. İcra hakimiyyəti və “Azərsu” tərəfindən təzə xətt çəkilib, kanalizasiya xəttinə birləşdirilib. Amma yağışlar yağan kimi bu xətt suyu çatdıra bilmir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, mümkün olarsa, problem aradan qaldırılacaq:

“Hazırda yolun hansı vəziyyətdə olması ilə bağlı məlumatımız yoxdur. Lakin məsələ ilə bağlı əməkdaşlarımıza məlumat veriləcək. Onlar əraziyə baxış keçirdikdən sonra mümkün olarsa, problem aradan qaldırılacaq. Sözügedən ərazidə yolun əsaslı şəkildə qurulması labüddürsə, o zaman ərazi siyahıya salınar. Bilirsiniz ki, birdən-birə küçələri, yolları təmir etmək mümkün deyil. Növbəli şəkildə bu işlər həyata keçirləcək. Heç bir problem yoxdur”.

Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?
Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?
Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?
Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?
Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?
Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?
Hövsanın "Ballı gölü" nə vaxt quruyacaq?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam