Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saatınız irəli çəkildi?- BUNLARA ƏMƏL EDİN

Saatınız irəli çəkildi?

 

 

Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi

 

Yenixeber.org: Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilib və həmin il 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməyib.

Bu gün isə əsasən Avropa İttifaqı ölkələri olmaqla, bir çox ölkələr yay vaxtına keçsə də, Azərbaycan yenə qış vaxtında qalıb. Lakin bəzi mobil qurğularda bu gecə saatlar avtomatik olaraq 1 saat irəli çəkilib. Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində "Vaxtın şəbəkədən avtomatik təyin edilməsi" və "Vaxt zonasının avtomatik təyin edilməsi" imkanlarını seçilməməsi səbəb olub.

Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür. Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən "avtomatik vaxt zonasının seçilməsi" imkanını aktivləşdirmək lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam