Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Nazirlik saatların geri çəkilməsi ilə bağlı vətəndaşlara müraciət etdi

Nazirlik saatların geri çəkilməsi ilə bağlı vətəndaşlara müraciət etdi

 

“Beynəlxalq təcrübəyə əsasən, dünya üzrə vaxt zonalarının vahid verilənlər bazası (TZ database) Internet Assigned Numbers Authority (IANA) tərəfindən aparılır. Bu mənbə bütün proqram və avadanlıq istehsalçıları üçün əsas istinad yeridir və buradakı düzəlişlərə mütləq riayət edilir. Ölkəmizdən, o cümlədən tərəfimizdən edilmiş müraciətlərə əsasən, artıq 23 mart 2016-cı il tarixində bu verilənlər bazasında Azərbaycanın vaxt zonası məlumatları düzgün göstərilib və yay vaxtına keçidin olmadığı qeyd edilib”

 

Yenixeber.org: Bu barədə cavab olaraq Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Qeyd olunub ki, hazırda əsas proqram təminatı, kompüter, server, mobil telefon və s. istehsalçılarının məhsullarında bu məqam nəzərə alınıb: “Əgər hər hansı bir problem varsa, proqram təminatının yenilənməsi həyata keçirilməlidir. Həmçinin, ”tarix və vaxt” menyusundan “avtomatik” rejimi seçməməklə də bu problem aradan qaldırıla bilər”.

Nazirliyin açıqlamasında xatırladılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli, 131 saylı qərarı ilə “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarı ləğv edilib: “Bu səbəbdən 2016-cı ilin mart ayından yay vaxtı tətbiq edilmir. 2017-ci ildə Azərbaycanda yay vaxtına keçid həyata keçirilmədiyi üçün oktyabr ayında saatlar geri çəkilməyəcək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam