Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yəhudi həkimin dedikləri panika yaratdı– Qarayev

Yəhudi həkimin dedikləri panika yaratdı

 

 

 

Son günlər israilli həkimin verdiyi açıqlama panika yaradıb desəm, səhv eləmərəm. Mənə yazan, zəng vuran, həyəcanlanan valideynlər kifayət qədərdir. Təşvişin səbəbini antivaksinasiya kampaniyasında “yəhudi faktoru” ilə izah edə bilərəm

Yenixeber.org: Bu sözləri tanınmış pediatr Vaqif Qarayev yəhudi həkim Lev Levitin “uşaqlarınıza peyvənd elətdirməyin” çağırışına cavab olaraq qeyd edib. O bildirib ki, vaksinasiya dünyada ölüm hallarının azalmasına səbəb olur:

“Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2015-ci illərdə dünyada qızılcadan ölüm 79 faiz azalıb. Qızılcadan ölüm hallarının azalması vaksinasiyanın sayəsində olub. Təkcə 2015-ci ildə 134 min 200 ölüm hadisəsi qeydə alınıb. Ukraynada 2017-ci ilin 10 ayı ərzində 3382 xəstələnmə halı müşahidə olunub ki, bunun da səbəbi orada müxtəlif səbəblərdən uşaqların peyvənd olunmamasıdır. Difteriyaya qarşı peyvəndə qədərki dövrdə dünyada hər il 1 milyon insan difteriya ilə xəstələnib və onlardan 60 mini ölüb. SSRİ-nin dağılmasından sonra 1990-1997-ci illərdə MDB məkanında 157 min insan difteriyadan vəfat edib. Çünki mürəkkəb dövr idi və vaksinasiya aparılmırdı. Həmçinin 1993-94-cü ildə Azərbaycanda da difteriya tüğyan edirdi”.

Qeyd edək ki, İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit mətbuata müsahibəsində yaş yarımına qədər uşağa 30-a yaxın peyvənd vurulduğunu və bunun nəticəsində uşaqda öskürək, qızdırma, qıcolma ilə müşayiət olunan durumun bir sıra patologiyalara yol açdığını bildirib. O həmçinin qeyd edib ki, əgər uşaq müəyyən qan xəstəliyindən əziyyət çəkmirsə və ya tez-tez müxtəlif cərrahiyə əməliyyatları keçirmirsə, ona Hepatit B-yə qarşı olan vaksin vurdurmağa da ehtiyac yoxdur.

Yəhudi həkimin bu müsahibəsi valideynlər arasında geniş müzakirəyə səbəb olub. Azərbaycanlı həkimlər isə peyvəndin uşaqların sağlamlığı üçün önəmli faktor olması fikrini irəli sürüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam