Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyanın ucuzluq olan ölkələri -Azərbaycan 35-ci yerdədir

 

7385eaf0f973368352ede50a3ff25fa8Yenixeber.org: ABŞ-ın “GOBankingRates” maliyyə portalı yaşayış üçün ən ucuz 50 ölkənin adını açıqlayıb. Novator.az-ın məlumatına görə, 115 ölkə beş əsas göstərici üzrə araşdırılıb: alıcılıq qabiliyyəti, mənzil kirayəsinin, qida məhsullarının qiyməti, mal və xidmətlərin dəyəri, restoran və barlardakı qiymətlər.

Yaşayış üçün ən ucuz ölkələrin ilk üç pilləsində Hindistan, Səudiyyə Ərəbistanı və Pakistan göstərilir. Sonrakı yerlərdə Tunis, Zambiya, Ukrayna, Meksika, Misir, Banqladeş və Makedoniya dayanır.

Ən ucuz ölkələr siyahısında Azərbaycan 35-ci yerdədir.

Reytinq cədvəlində keçmiş SSRİ-dən Gürcüstan 16-cı, Moldova 19-cu, Belarus 27-ci, Qazaxıstan 31-ci, Ermənistan 34-cüdür.

Ən ucuz ölkələr cədvəlində İran 23-cü, Türkiyə 26-cı sırada yer alır.

50 ölkəlik siyahını Macarıstan qapayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam