Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb

 

 

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək”

 

Yenixeber.org: Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda Bakıda güclü külək əsir, gecəyə doğru isə yağış yağacağı gözlənilir: “Rayonlarda artıq yağış yağmağa başlayıb. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur”.

G.Məmmədovanın sözlərinə görə, sabah gündüzdən ölkə ərazisində yağıntılar tədricən kəsiləcək: “Martın 10-u gündüzdən başlayaraq ayın 11-i daxil olmaqla əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda yağıntının olacağı istisna olunmur”.

Mütəxəssis qeyd edib ki, bu gün səhərdən başlayan güclü şimal qərb küləyi sabah gündüzdən tədricən mülayimləşəcək: “Növbəti günlərdə mülayim şərq küləyi əsəcək. Havanın temperaturu bu gündən etibarən aşağı düşsə də, martın 11-dən temperaturun tədricən yüksələcəyi gözlənilir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam