"Azərbaycan ərazisində yaxın 2-3 gündə hava şəraiti sabit keçəcək”.
Yenixeber.org: Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, dekabrın 13-14-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləyi üstünlük təşkil edəcək”.(report)