Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ölkədə əmək haqlarının miqdarı düzgün göstərilmir”

“Ölkədə əmək haqlarının miqdarı düzgün göstərilmir”

 

 

Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" konfransında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib

 

Yenixeber.org: O, bundan sonra sahibkarla mütəmadi görüşlər keçiriləcəyini qeyd edib:

Hər bir ölkənin iqtisadi qüdrətinin artmasında vergilərin rolu böyükdür. Vergi həyatın tələbidir, ondan qaçmaq olmaz. Azərbaycanda yeni sistemin qurulması bizim inkişafımızı təmin edib. Büdcə sistemi də buna nümunədir. Qloballaşan dünyada risklərin artdığı zamanda ölkənin stabil vergi sistemi olmalıdır. Artıq sovet sistemindən fərqli olaraq  sahibkarlıq azaddır. Son 15 ildə büdcə proqnozu tam yerinə yetirilib. 

Azərbaycanda çox məsələlər iqtisadi strukturlarla birlikdə həll edilməlidir. Vergi yükünü yox, vergi ödəyəcisinin sayını artırmaq lazımdır. Bu, ən böyük problemlərimizdən biridir. Ola bilər ki, vergi yükü hesabına proqnoz yerinə yetirilsin, amma vergi ödəyiciləri artmasın. Biz vergi ödəyicilərinin sayının artmasına diqqət ayıraq və gələcəkdə buna nail olaq. 

Kənd təsərrüfatında çalışanlar ölkənin 30-35 faizi əhatə edir. Amma onlar vergi ödəmir. Biz yavaş-yavaş onlarla da işləməyə başlamalıyıq. Mikayıl müəllim, biz bu məsələni nəzarətə götürməliyik".

Komitə sədri daha sonra əlavə edib ki, Azərbaycanda əmək haqlarının miqdarı düzgün göstərilmir:

"Biz bu məsələni həll etsək, beynəlxalq aləmdə də nüfuzumuz artar. Büdcə gəlirlərini 35 faiz təşkil etsək, biz çox məsələləri həll edə bilərik. Bu koordinasiya daha da təkmilləşdirilməlidir. Necə edək ki,  büdcə gəlirlərini artıraq? Biz bunun üzərində işləyib yolunu tapmalıyıq. 

Necə olur ki,  vergi ödəyicilərinin 60-70 faizini təşkil edənlər verginin 0-1 faizini təşkil edir. 

Bizdə həddən artıq azadolmalar var. Biz müstəqilliyimizin ilk illərində buna gedirdik, investisiya cəlb etmək üçün bunu edirdik. Artıa buna da limit qoyulmalıdır. 

Elə bir ölkə yoxdur ki, məhsuldarlıqda səmərəlilik məsələsi əsas götürülməsin. Azərbaycanda bu qədər şərait yaradılır, amma mənfəətin xüsusi çəkisi 3 faizdir. Bu necə olur? Eyni məhsulun rentabelliyi başqa ölkələrdə 18 faiz, bizdə 3 faiz təşkil edir. İnvestorlar da buna görə ölkəyə qiymət verirlər. Bu məsələyə də diqqət ayrılmalıdır.

Pul kütləsinin qıtlığına o vaxt icazə verilər ki, inflyasiya pik həddə çatar. Bu gün situasiya tələb edir ki, sahibkarlar pula çıxışda çətinlik çəkməməlidirlər. Mərkəzi Bankın rəhbəri söz verib ki, faizlər azaldılacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam