Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyev:“YAP-a gənclərin axını davam edir”

 

 

“Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyaları xalq tərəfindən dəstəklənir, 700 mindən çox üzvü olan bu siyasi təşkilata gənclərin axını davam edir”

 

Yenixeber.org: Bunu fevralın 8-də Bakıda, Heydər ƏliyevMərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı deyib.

Son 25 ildə partiyanın şərəfli yol keçdiyini, bütün seçkilərdə qələbə qazandığını deyən dövlət başçısı Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkənin ictimai-siyasi həyatında oynadığı fəal roluna toxunub.

Dövlət başçısı müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin xidmətləri sayəsində aradan qaldırıldığını bildirib.

Prezident İlham Əliyev 1993-cü ildən sonra Ulu öndərin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində qazanılan nailiyyətlərdən danışıb. 2003-cü ildən sonra Heydər Əliyev siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Bu illəri ölkəmizin sürətli inkişaf dövrü kimi xarakterizə edən dövlət başçısı bildirib ki, ölkə qarşısında duran vəzifələr uğurla icra olunub, verilən vədlər həyatda öz əksini tapıb. Bu gün ölkədə mövcud olan sabitliyin üstünlüklərindən danışan ölkə başçısı vurğulayıb ki, bu amili şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir.

Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqların təmin olunduğunu və bu siyasətin gələcəkdə də davam etdiriləcəyini deyən dövlət başçısı qeyd edib ki, bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam