Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

General Əsgər Abdullayev mülklərini satışa çıxardı -İddia

 

 

bitmap-img6

 

 

 
Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayev barədə ilginc məlumat var. 
 
Yenixeber.org: Məlumata görə, son zamanlar ölkədə aparılan ciddi struktur islahatlarının Gömrük Komitəsində də aparılacağını nəzər alan Əsgər Abdullayev özünün və yaxın ətrafının adına aldığı mülkləri gizli olaraq satışa çıxartdırıb. Satışa çıxarılan mülklərin arasında Novxanı, Şağan və Badamdar qəsəbələrində ümumi dəyəri 20 milyona yaxın olan malikənələrin olduğu vurğulanır. 
Qeyd edək ki, hələ bir müddət öncə mətbuatda yazılan, ancaq sonradan müəmmalı formada "yoxa" çıxan xəbərlərdə Əsgər Abdullayevin Şağan qəsəbəsində 10 milyonluq malikanə tikdirməsi haqda məlumatlar yayılmışdı. Fotolarla birgə yayılan xəbərə görə, Əsgər Abdullayevin Şağandakı malikanəsinin torpağına 1.5 milyon manat, malikanənin dizaynına isə 300 min xərclədiyi deyilirdi. 
Ümümi ərazisi 4200 kvadratmetr olan, bir çox müasir memarlıq üslubunu özündə birləşdirən malikanənin əsasən 3 mərtəbədən, baş tərəfində ucalan qış qülləsi isə 5 mərtəbədən ibarət olduğu deyilirdi.
Qeyd edək ki, məlumata görə fasadında mason emblemi olan malikanənin tikintisinə ümumi rəhbərliyi Əsgər Abdullayevin Gömrük komitəsində çalışan qardaşı polkovnik-leytenant Sücaət Abdullayev rəhbərlik edib. Maraqlı olan odur ki, Sücaət Abdullayev hətta rəsmi iş vaxtlarının çox hissəsini xidməti avtomobili ilə qardaşının malikanəsinin tikintisində keçirib. 
Digər maraqlı məqam isə Əsgər Abdullayevin paytaxtın Badamdar qəsəbəsində tikdirdiyi villa ilə bağlıdır. Belə ki, villanın ümumi sahəsinin 800 kvadratmet, qiymətinin isə təxminən 4.5 milyon manat civarında olduğu deyilir. Həmin villada Əsgər Abdullayevin Gömrük Komitəsində çalışan polkovnik-leytenant rütbəli Sücaət adlı qardaşı yaşayır. O da qeyd olunur ki, Sücaət Abdullayevin diplomu Dövlət Komitəsində işləməyə yaramasa da, general-leytenant Əsgər Abdullayevin sayəsində bu hal ört-basdır edilməkdədir.(azfakt.com)
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam