Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Generalın villası söküləcək?

Bir müddət əvvəl mətbuatda Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevin 10 milyonluq malikanə tikdirməsi ilə bağlı dərc olunan fotolar ictimaiyyətdə böyük rezonansa səbəb olmuşdu. 

 

Xeberinfo.com:   Azmedia.info-ya istinadla xəbərə görə, dövlət məmuru olan bir generalın 10 milyonluq villa tikdirməsi hər halda ciddi maraq doğuran bir məsələdir və əgər ortada belə bir idda varsa, o zaman qarşı tərəfin iddiaya aydınlıq gətirməsi sadəcə vəzifə borcudur.

 

Lakin Gömrük Komitəsi vəgeneral Əsgər Abdullayev məsələ ilə bağlı tam sükut nümayiş etdirməsi iddaların doğru olması qənaətini ortaya qoymuş oldu. İddanın doğru olduğunu daha da gücləndirən digər arqument isə Əsgər Abdullayevin mediadakı bəzi dostları vasitəsilə həmin yazıları təmizləmələri oldu.

 

Hazırda Gömrük Komitəsində baş verənlərlə bağlı Gunxeber.com saytını məlumatlandıran mənbənin sözlərinə görə,  son baş verənlərdən sonra Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev əməlli başlı danlanıb. Danlamanın səbəbi isə məhz Əsgər Abdullayevin 10 milyonluq villasının şəkillərinin mətbuata ötürülməsi ilə bağlı şübhələrin Səfər Mehdiyevin üzərində qalması olub.

 

Məlumatlara əsasən gömrük xidməti general-leytnantı təkcə monopoliyasında olan biznesdən hər il 20-30 milyon dollar arasında gəlir götürür. Bu barədə növbəti yazımızda geniş araşdırmanı təqdim edəcəyik. Yazıda adı keçən vəzifəli şəxslərin və Dövlət Gömrük Komitəsinin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam