Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kasıbların dəfn xərclərinə yardım ediləcək-YENİLİK

Kasıbların dəfn xərclərinə yardım ediləcək-

 

 

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə cari il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini də əhatə edəcək”

 

Yenixeber.org: Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, fond dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına, təhsilalanların sosial müdafiəsinin gücləndirilməsinə, istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək edəcək: 

“Aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi, Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, müharibə əlillərinə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə, valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi üçün maddi yardım göstərmək də fondun vəzifələrinə daxildir.

Xüsusən yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının aktuallıq qazandığı günümüzdə Mənəvi Dəyərlərin Təbliği Fondunun bu sahədə genişmiqyaslı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Çünki danılmaz faktdır ki, milli-mənəvi dəyərlərimizə varislik prizmasından yanaşma həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından zəruridir. Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında təhsilin xüsusi yeri vardır ki, fond təhsillə bağlı qarşısına geniş məqsədlər qoyub”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam