Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Əkizlər haqqındaBİLMƏDİYİNİZ 10 FAKT

 

Yenixeber.org: Onlar dünyaya cüt gəlirlər. Başqa uşaqlardan əsas fərqləri də elə budur. Amma başqa fərqlər də var. Əkizlər haqqında bilmədiyiniz faktları təqdim edirik.

 

- Tək yumurta əkizlərinin barmaq izləri fərqlidir.

 

- 100 əkizdən 22-si isə solaxaydır.

 

- Dünyada tək yumurta əkizlərinin ən çox doğulduğu ölkə Nigeriyadır. ABŞ-da Massaçusetsdə isə hər yüz doğumun beşində əkiz uşaq dünyaya gəlir.

 

- Əkiz qadınların əkiz dünyaya gətirmə ehtimalı isə digər qadınlara nisbətən daha yüksəkdir.

 

- Əkiz hamiləlik təxminən 36 həftə 3 gün çəkir. Hamiləliyin 14-cü həftəsindən etibarən əkizlər bir-birinə toxunmağa başlayır. Onların təxminən yüzdə 70-i təbii doğuş, yüzdə qırx faizi isə qeysər kəsiyi vasitəsilə dünyaya gəlir.

 

- Statistikaya görə, son 35 ildə dünyada əkiz doğumlarının sayı artıb. Qarşıdakı 40 il ərzində dünyada ümumi əkiz doğumlarının sayının daha da artacağı təxmin edilir.

Bunun səbəbi isə süni mayalanma üsulu ilə hamilə qalmanın sayının çoxalmasıdır.

 

- Əkizlər ana dillərini öyrənənə qədər yalnız özlərinin anladığı bir dil yaradırlar və ana dilini öyrəndikdən sonra bu ortaq dili unudurlar.

 

- Dünyada hamiləliklərin yüzdə biri əkiz hamiləlikdir. Əkizlərin üçdə biri isə tək yumurta əkizidir.

 

- Tək yumurta əkizlərini ayırmaq haradasa imkansızdır. Genetik tək yumurta əkizləri ananın yumurtası və atanın spermasının birləşməsi ilə yarandığı halda, cüt yumurta əkizləri ananın iki yumurtası, atanın iki spermasının birləşməsi ilə yaranır.

 

- Genetik quruluşları fərqli olduğu üçün cüt yumurta əkizlərinin yarısının cinsiyyəti fərqlidir və bir-birlərinə heç bənzəməyə bilirlər. (Ailem.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam