Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Kimə borc verirsiniz?– SORĞU

Kimə borc verirsiniz?

 

"Pul əl çirkidir" deyirlər. Amma "çirk"siz də yaşamaq imkansızdır. Hər kəs bir yolla yaşayışı üçün pul qazanır, qazanc əldə edir. Bəs, əli "çirk"ə çatmayanlar və ya "ayı aya calayanlar" son bir ay müddətində borc alıbmı?

 

Yenixeber.org: ACT Azərbaycan mövzu ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Rəyi öyrənilmiş Bakı sakinlərinin dörddə biri (24 %) yaxın dost-tanışından borc aldığını bildirib. Borc alanlar, əsasən, kişilər olub (27%). Zərif cinsin nümayəndələrinin beşdə biri də (21 %) son bir ayda borc almadan keçinə bilməyib.

Dost-tanış puluna ehtiyac duymayan daha çox olub (76 %). Qadınlar maliyyə işlərində daha uğurlu olublar (79 %). Kişilərin isə 73 %-i son bir ayda borc almadığını bildirib.

Borca girənlər arasında 18-24 yaş aralığındakı gənclər daha çoxdur (30 %).

Bəs borc almaq üçün Bakı əhli kimə müraciət edir?

Sorğuda iştirak etmiş paytaxt əhlinin, demək olar ki, yarısı (45 %) son bir ay ərzində borc verdiyini bildirib. Səxavət boğçasını, əsasən, kişilər açıb (51%). Qadınlar borc pul verməkdə güclü cinsdən nisbətən geri qalır (39 %).

Borc verməyənlər (55%) arasında qadınlar üstünlük təşkil edir (60 %). Kişilərin 49%-nin borc pul verməklə arası yoxdur.

Səxavət boğçasını açmaqda 35-44 yaş aralığındakı nümayəndələr (59%) fəaldılar. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam