Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Məşhurlar Yeni ili harada qarşılayacaq?- FOTO

Məşhurlar Yeni ili harada qarşılayacaq?

 

Yenixeber.org: Məşhurlar arasında keçirdiyi “Yeni ili harada qarşılayacaqsınız?” adlı sorğunu təqdim edir

 

Xalq artisti Fidan Hacıyeva Yeni ili ailəsi ilə birlikdə İngiltərədə qarşılayacağını bildirib.

“ARB TV”-nin aparıcısı Murad Həşimov Yeni il ərəfəsində haraya yollansa da, 31 dekabr axşamını mütləq evində qeyd edəcəyini söyləyib. O vurğulayıb ki, 2018-ci ilin gəlişini doğulub boya-başa çatdığı evlərində, Şəkidə qeyd edəcək.

Müğənni Afaq Aslan hər il Yeni ili ailə üzvləri ilə birlikdə qeyd etdiyini deyib. O, bu il də ənənəsinə sadiq qalaraq 2018-ci ili Bakıda ailəsi ilə birgə qarşılayacaq.

“100.5 FM”-in aparıcısı Ceyhun Həsənli bildirib ki, Yeni ili tədbirlərin birində qarşılamalı olacaq. Yeni ilin ilk günündə isə ailə üzvləri və doğmaları ilə birlikdə olacaq.

Əməkdar artist Ədalət Şükürov 2018-ci ili ölkədə keçiriləcək tədbirlərdən birində qeyd edəcək.

“Space TV”-nin aparıcısı Aysel Nazimin sözlərinə görə, o, hər ili Yeni ili ailəsi ilə bilikdə Moskvada qeyd edir. Teleaparıcı bu il də ənənəsinə sadiq qalacaq.

Aytən Sadıqzadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam